﴿ إِنَّ الَّذِينَ تَوَلَّوْاْ مِنكُمْ يَوْمَ الْتَقَى الْجَمْعَانِ إِنَّمَا اسْتَزَلَّهُمُ الشَّيْطَانُ بِبَعْضِ مَا كَسَبُواْ وَلَقَدْ عَفَا اللّهُ عَنْهُمْ إِنَّ اللّهَ غَفُورٌ حَلِيمٌ ﴾

 

TƏRCÜMƏ:

 

«Əlbəttə, doğrudan da iki dəstənin qarşılaşdığı gün (Ühüd döyüşündə) sizlərdən düşmənə arxa çevirən kəsləri qazandıqları bəzi günahlara görə Şeytan büdrətdi və əlbəttə, Allah onları əfv etdi. Çünki Allah çox-çox bağışlayan və həlimdir.»

 

TƏFSİR:

 

Bu ayə müsəlmanların «Ühüd» müharibəsində meydandan qaçması ilə əlaqədar nazil olmuşdur. Təfsirlərdə qeyd olunduğu kimi «Ühüd» müharibəsində beş nəfəri mühacirdən, səkkiz nəfəri isə ənsardan olmaqla on üç nəfərdən başqa hamı qaçmağa üz qoymuşdu. Bu on üç nəfərin – Əli (ə) istisna olmaqla – hamısının adı və kim olmasında ixtilaf vardır.

 

«Ühüd» müharibəsində müsəlmanlar dörd qrupa bölünmüşdü: 1. Şəhidlər. 2. Səbr edənlər. 3. Sonradan əfv edilən fərarilər. 4. Münafiqlər.

 

İNCƏ MƏTLƏBLƏR

 

  1. Günahlar şeytan vəsvəsəsi üçün meydan açır.

 

  1. Müharibədən qaçmağın əsas amillərindən biri də günahdır. Günah təqvanı aradan aparır, insanın ruhiyyəsini zəiflədir və şeytanın ona nüfuz etməsi üçün şərait hazırlayır.

 

  1. İnsanların əməlləri onların ruhiyyələrinə də təsir qoyur.

 

  1. Döyüşçülər müharibəyə başlamazdan əvvəl tövbə və istiğfar etməli, ruhlarını paklamalıdırlar.

Nurul-Quran – «ALİ-İMRAN» SURƏSİ

 

 

 


more post like this