﴿إِذْ تُصْعِدُونَ وَلاَ تَلْوُونَ عَلَى أحَدٍ وَالرَّسُولُ يَدْعُوكُمْ فِي أُخْرَاكُمْ فَأَثَابَكُمْ غُمَّاً بِغَمٍّ لِّكَيْلاَ تَحْزَنُواْ عَلَى مَا فَاتَكُمْ وَلاَ مَا أَصَابَكُمْ وَاللّهُ خَبِيرٌ بِمَا تَعْمَلُونَ﴾

 

TƏRCÜMƏ:

 

«O zaman uzaqlara qaçırdınız, heç kəsə baxmırdınız və Allahın Peyğəmbəri qoşununuzun arxasında sizi çağırırdı. Beləliklə (Allah) sizi qəminizin üstünə qəm qoymaqla (əmrdən boyun qaçırmaq və müharibədə məğlubiyyət qəmi ilə) cəzalandırdı ki, (imanınız möhkəmlənsin və) heç vaxt əlinizdən çıxana və düçar olduğunuz şeyə (müsibət və zərər-ziyanlara görə) kədərlənməyəsiniz. Allah etdiklərinizdən xəbərdardır.»

 

TƏFSİR:

 

Bu ayədə «Ühüd» müharibəsinin son hadisələri müsəlmanlara xatırladılır və buyurulur: Yada salın o zamanı ki, pərakəndə vəziyyətə düşərək müharibə meydanından qaçırdınız. Heç kəs öz arxasına baxmır və öz müsəlman qardaşlarının nə halda olduğuna əhəmiyyət vermirdi. Halbuki, Peyğəmbər (s) sizi arxadan səsləyirdi.

 

O, fəryad edib deyirdi ki, «ey Allahın bəndələri, mənə doğru qayıdın, mənə doğru qayıdın, mən Allahın Rəsuluyam!»

 

Lakin sizlərdən heç biri onun sözlərinə əhəmiyyət vermirdi, bu zaman hər tərəfdən qəm-qüssə sizə nazil oldu, qəm-qüssə seli sizə tərəf axmağa başladı. Səbəbi də bu idi ki, müharibə qənimətlərini əldən verdiyinizə görə qəmgin, müharibə meydanlarında qələbə naminə aldığınız yaralardan nigaran olmayasınız. Allah sizin işlərinizdən agahdır.

Nurul-Quran – «ALİ-İMRAN» SURƏSİ

 


more post like this