﴿ وَلاَ تَهِنُوا وَلاَ تَحْزَنُوا وَأَنتُمُ الأَعْلَوْنَ إِن كُنتُم مُّؤْمِنِينَ ﴾

 

TƏRCÜMƏ:

 

«Heç vaxt (düşmən qarşısında) süstləşməyin və (düçar olduğunuz bəlalara görə) kədərlənməyin ki, əgər (həqiqi) mömin olsanız siz üstünsünüz.»

 

TƏFSİR:

 

«Ühüd» müharibəsində rəhbərə itaət edilməməsi nəticəsində İslam qoşunu məğlubiyyətə düçar oldu və bu hadisədən sonra müsəlmanlar sarsılıb öz əhval-ruhiyyələrini əldən verdilər. Yuxarıdakı ayə nazil olaraq onlara göstəriş verdi ki, məğlubiyyətdən sonra özünüzü itirməyin, imanınızı gücləndirin, çünki üstünlük sizinlədir. Allah-təala Musaya (ə) buyurur: «Həqiqətən sən üstünsən, amma camaata de ki, əgər mömin olsanız, üstünlük sizinlədir.»

 

İNCƏ MƏTLƏBLƏR

 

  1. Müvəqqəti məğlubiyyət son məğlubiyyətin əlaməti deyildir (ayənin nazil olması səbəbinə əsasən).

 

  1. Əgər iman ruhunu əldən verməsəydiniz, Peyğəmbərin (s) göstərişlərini görməməzliyə vurmasaydınız, məğlubiyyətə uğramazdınız (ayənin nazil olması səbəbinə əsasən).

Nurul-Quran – «ALİ-İMRAN» SURƏSİ

 


more post like this