﴿ قَدْ خَلَتْ مِن قَبْلِكُمْ سُنَنٌ فَسِيرُواْ فِي الأَرْضِ فَانْظُرُواْ كَيْفَ كَانَ عَاقِبَةُ الْمُكَذَّبِينَ ﴾

 

TƏRCÜMƏ:

 

«Əlbəttə, sizdən öncə ilahi ənənəyə (Allahın dəyişməz ənənəvi qanunlarına) əsasən (kütləvi məhv etmələr kimi) bir sıra hadisələr ötüb keçmişdir. Odur ki, yer üzündə gəzib-dolanın və təkzib edənlərin aqibətinin necə olmasına baxın.»

 

TƏFSİR:

 

Keçmiş qövmlərdə mövcud olan sünnələr aşağıdakılardır:

 

  1. Onların haqqı qəbul edərək nicata çatmaları.

 

  1. Onların haqqı təkzib edərək həlak olmaları.

 

  1. Onlar üçün ilahi imtahanlar.

 

  1. Qeybi yardımlar.

 

  1. Zalımlara fürsət və möhlət verilməsi.

 

  1. Allah bəndələrinin, ilahi şəxsiyyətlərin müqavimət göstərərək hədəflərinə çatmaları.

 

  1. Kafirlərin məkirli planları və bu planların Allah tərəfindən ifşa edilməsi.

 

İNCƏ MƏTLƏBLƏR

 

  1. Keçmiş ümmətlərin tarixinin öyrənilməsi gələcək nəsillərin həyatı üçün bir çırağa bənzəyir. (İnsanların tarixi bir-birilə mədəni və ideoloji bağlılığa malikdir. Dünənin dəyişiklikləri bu gündə və bu günün dəyişiklikləri gələcək nəsillərdə təsirlidir.)

 

  1. Hədəfli və məqsədyönlü olan səyahət və gəzinti, həmçinin təfəkkürlə yanaşı olduqda zalımların əsərləri barəsində düşünülməsi insanların ən yaxşı tərbiyəçisi, müəllimi və ibrət dərsi ola bilər.

 

  1. Siz digər ümmətlərdən əsla fərqlənmirsiniz. Hər kəsin inkişaf və tərəqqisinin, yaxud süquta və tənəzzülə uğramasının amilləri eynidir.

 

  1. İnsanlar inkişaf etdikdən, istedadları çiçəkləndikdən sonra qocalığa doğru getdiyi kimi, onlardan təşkil olunmuş cəmiyyətlər də inkşaf edərək tərəqqiyə çatır, çiçəklənir və ya suquta uğrayır.

 

  1. Tarixin mütaliə olunub araşdırılmasında əsas məsələ ondakı mühüm hadisələr deyil, işin necə sona çatmasıdır.

Nurul-Quran – «ALİ-İMRAN» SURƏSİ

 


more post like this