﴿وَالَّذِينَ إِذَا فَعَلُواْ فَاحِشَةً أَوْ ظَلَمُواْ أَنْفُسَهُمْ ذَكَرُواْ اللّهَ فَاسْتَغْفَرُواْ لِذُنُوبِهِمْ وَمَن يَغْفِرُ الذُّنُوبَ إِلاَّ اللّهُ وَلَمْ يُصِرُّواْ عَلَى مَا فَعَلُواْ وَهُمْ يَعْلَمُونَ﴾

 

TƏRCÜMƏ:

 

«Və o kəslər ki, çirkin bir iş (böyük günah) gördükdə və ya (kiçik bir günahla) özlərinə zülm etdikdə, Allahı yada salar və günahları üçün bağışlanmaq istəyərlər. Günahları Allahdan başqa kim bağışlaya bilər? Və onlar etdikləri işdə bilərəkdən israr etməzlər.»

 

TƏFSİR:

 

Təqvalılar çirkin bir əmələ mürtəkib olduğu zaman, yaxud özlərinə zülm edərkən Allahı xatırlayar və öz günahlarının bağışlanmasını Ondan istəyərlər.

 

Yuxarıdakı ayədən məlum olur ki, insan Allahı xatırladığı vaxta qədər günah əmələ mürtəkib olmaz. Bəzi hallarda insan Allahı unudur, amma pəhrizkar insanlarda bu unutqanlıq və qəflət çox çəkmir, tez bir zamanda Allahı xatırlayır və öz keçmiş əməllərini bərpa edirlər. Allahdan başqa günahları kim bağışlaya bilər?!

 

Ayənin axırında təkid üçün buyurulur: Onlar heç vaxt elm və agahlıq üzündən öz günahlarını davam etdirməzlər.


more post like this