:

 

﴿ الَّذِينَ يُنفِقُونَ فِي السَّرَّاء وَالضَّرَّاء وَالْكَاظِمِينَ الْغَيْظَ وَالْعَافِينَ عَنِ النَّاسِ وَاللّهُ يُحِبُّ الْمُحْسِنِينَ ﴾

 

TƏRCÜMƏ:

 

«(Təqvalılar) həmin o kəslər(dirlər) ki, mallarını rifah və şadlıqda, mallarında və hallarında (maddi və mənəvi) yoxsulluqda xərcləyirlər, qəzəblərini udan və camaat(ın xətaların)dan keçənlərdirlər. Allah yaxşılıq edənləri sevir.»

 

TƏFSİR:

 

TƏQVA SAHİBLƏRİNİN SİMASI

 

Pəhrizkar və təqvalı insanlara əbədi behişt vədəsi verilməsinin ardınca bu ayədə onların kim olduğu bəyan edilir. Onlar üçün beş ali-insani səciyyə və xususiyyət bəyan edilir:

 

  1. Onlar hər bir halda – istər rahatlıq, firavanlıq və vüsət halında, istərsə də pərişanlıq, yoxsulluq və məhrumiyyət halında Allah yolunda infaq edərlər.

 

Diqqət yetirilməlidir ki, əvvəlcə pəhrizkarların infaq kimi bariz xüsusiyyətləri bəyan edilir. Çünki bu, yuxarıdakı ayədə sələmçilərin və istismarçı xüsusiyyətlərin düz qarşısında dayanır. Bundan əlavə, həm firavanlıq və həm də yoxsulluq dövründə öz mal-dövlətlərindən keçərək onu ehsan etmələri təqva məqamının ən aydın əlamətidir.

 

  1. Onlar qəzəblərini cilovlayaraq öz ixtiyarlarında saxlayır və onlara hakim kəsilir.

 

  1. Onlar camaatın xətalarını güzəştə gedirlər.

 

Qəzəbi udmaq çox gözəldir, lakin bu, təklikdə kifayət deyildir. Çünki kin-küdurət, ədavət insanın qəlbindən tamamilə silinməyə bilər, bu halda ədavətə son qoyulması üçün qəzəbin udulmasından sonra ehsan və yaxşılıq da olmalıdır.

 

  1. «Onlar yaxşı əməl sahibləridir və Allah da yaxşı əməl sahiblərini sevir.»

 

Burada əfvin ən ali mərhələsinə işarə olunmuşdur. Belə ki insan pislik qarşısında yaxşılıq edəndə (özü də layiq olan hallarda) düşmənçilik köklərini qəlbindən tamamilə kəsir və qarşı tərəfin qəlbini özünə qarşı mehriban edir.

Nurul-Quran – «ALİ-İMRAN» SURƏSİ


more post like this