﴿ وَسَارِعُواْ إِلَى مَغْفِرَةٍ مِّن رَّبِّكُمْ وَجَنَّةٍ عَرْضُهَا السَّمَاوَاتُ وَالأَرْضُ أُعِدَّتْ لِلْمُتَّقِينَ ﴾

 

TƏRCÜMƏ:

 

«Rəbbiniz tərəfindən olan bağışlanmaya və genişliyi göylər və yer (qədər) olan (və) təqvalılar üçün hazırlanmış Cənnətə doğru tələsi!»

 

TƏFSİR:

 

SƏADƏT YOLUNDA MÜSABİQƏ

 

Bəd əməl sahiblərini təhdid edərək onlara cəhənnəm əzabını vədə verən ayələrin ardınca bu ayədə yaxşı əməl sahiblərinə ilahi rəhmət vədəsi verilərək onlar təşviq olunur, yaxşı əməl sahiblərinin səy və fəaliyyətləri bir növ mənəvi müsabiqəyə bənzədilir ki, onun da yekun hədəfi Allahın bağışlamağı, behişt kimi əbədi nemətlərə nail olmaqdan ibarətdir. Allah-təala buyurur: «İlahi məğfirətə (bağışlanmağa) nail olmaq yolunda bir-birinizlə yarışın.»

 

Mənəvi məqamlara nail olmaq günahlardan təmizlənmədən və bağışlanmadan mümkün deyildir, buna görə də bu mənəvi müsabiqədə əsas hədəf ilk növbədə Allahın məğfirəti, ikinci mərhələdə isə genişliyi asimanlar və yer qədər olan behişt qərar verilmişdir.

 

Ayənin axırında bir daha təkidlə buyurulur: «Belə bir əzəmətdə olan behişt pəhrizkarlar və təqva sahibləri üçün nəzərdə tutulmuşdur.»

Nurul-Quran – «ALİ-İMRAN» SURƏSİ

 


more post like this