﴿ وَأَطِيعُواْ اللّهَ وَالرَّسُولَ لَعَلَّكُمْ تُرْحَمُونَ ﴾

 

TƏRCÜMƏ:

 

«Allaha və Onun peyğəmbərinə itaət edin, bəlkə rəhm olunasınız.»

 

TƏFSİR:

 

«Ühüd» müharibəsində müsəlmanların məğlub olmalarının səbəbi onların Peyğəmbəri-Əkrəmin (s)  göstərişləri qarşısında itaətsizlik etmələri idi. Çünki Həzrət (s) buyurmuşdu ki, «Ühüd» dağının dərələri arasında yerləşən xüsusi bir məntəqəni qorusunlar və oranı heç vaxt tərk etməsinlər. Lakin Peyğəmbərin (s) təkidli göstərişlərinə baxmayaraq, mühafizəçilər qənimətlərə tamah salaraq həmin məntəqəni tərk etdilər. Düşmən də məhz keşiksiz qalmış həmin yerdən müsəlmanlara ağır zərbə endirdi.

 

İNCƏ MƏTLƏBLƏR

 

  1. Rəsuli-Əkrəmin (s) istər hökumət məsələləri ilə, istərsə də ibadətlə əlaqədar göstəriş və fərmanları Allahın fərmanlarına itaət etmək kimi vacibdir.

 

  1. Hər kəs Allahın və Peyğəmbərin (s) göstərişlərinə itaət edərək sələmçilikdən əl çəksə və insanlara rəhm etsə, Allahın rəhmətinə nail olacaqdır (bu, əvvəlki ayələrə diqqət yetirilməklə başa düşülür).

more post like this