﴿ يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ لاَ تَأْكُلُواْ الرِّبَا أَضْعَافًا مُّضَاعَفَةً وَاتَّقُواْ اللّهَ لَعَلَّكُمْ تُفْلِحُونَ ﴾

TƏRCÜMƏ:

«Ey iman gətirənlər, artıq və bir neçə qat gəlir olan sələmi yeməyin və Allahdan qorxun, bəlkə nicat tapasınız.»

TƏFSİR:

Bunu da qeyd edək ki, sələm bir neçə mərhələdə, tədrici surətdə haram və qadağan edilmişdir. Birinci mərhələdə yəhudilərin sələmçiliyi tənqid atəşinə tutulur. Çünki qadağan olunduğu halda onlar riba alırdılar. Bu ayə bir neçə qat artıq alınan sələmi qadağan edir. Lakin tədriclə hətta bir dirhəm belə, sələm almaq Allahla müharibə kimi təqdim edilmişdir.

İNCƏ MƏTLƏBLƏR

  1. Ribanın özü qadağan olunmamışdan qabaq onun çirkin və aşkar nümunələri bəyan olunur.

  1. İqtisadi məsələlərdə təqvaya riayət edilməsi son dərəcə zəruri məsələlərdəndir. Sağlam iqtisadiyyat da təqva əlamətidir.

  1. Qurtuluş və xilaskarlıq mal-dövlətlə, sələmçiliklə deyil, təqva yolu ilə hasil olur.

  1. Sələm alan şəxs təqvasızdır. Təqvasız şəxs də qurtuluşa, nicata nail ola bilməz. Sələm yeyən şəxs nə dünyada qurtuluşa nail olar (ona görə ki, cəmiyyətdə sinfi ixtilafları şiddətləndirir, insanlar arasında təfriqə, kin-küdurət yaradır, məhrum təbəqələrə ruhi sıxıntı gətirir və cəmiyyəti partlayışa doğru aparır, digər tərəfdən isə pullarını sələmə verənlərdə əyyaşlıq, harınlıq, hərislik və s. kimi xüsusiyyətləri gücləndirir), nə də axirətdə qurtuluşa nail ola bilərlər. Çünki onlar Allahın qəhr əzabına düçar olmuşlar.

more post like this