﴿ لِيَقْطَعَ طَرَفًا مِّنَ الَّذِينَ كَفَرُواْ أَوْ يَكْبِتَهُمْ فَيَنقَلِبُواْ خَآئِبِينَ ﴾

 

TƏRCÜMƏ:

 

«(Və həmçinin bu qələbəni nəsib etdi) ki, kafirlərin bəzisinin kökünü kəssin və ya onları naümid geri qayıtmaları üçün əzsin.»

 

TƏFSİR:

 

«Ət-təhqiq» təfsirinin müəllifinin dediyinə görə «tərəf» bir şeyin bir tərəfinə deyil, axır tərəfinə deyilir. Buna əsasən ayədə buyurulur ki, qeybi köməklərin səbəbi bu idi ki, kafirlərin kökü kəsilsin.

 

Lüğət və təfsir kitablarında qeyd olunur ki, ümidsizlik iki qismdir: Əgər bir nəfər işin əvvəlindən ümidsiz olsa, ona “yəs” deyilir. Əgər əvvəlcə ümidvar olduqdan sonra ümidini kəssə, buna «xaid» deyilir.[ «Ətyəbül-bəyan» təfsiri və «Təhqiq fi kəlimatil-Qur’an»]

 

İNCƏ MƏTLƏBLƏR

 

  1. Küfr və kafir ya tamamilə aradan qaldırılmalı, yaxud da xar, zəlil və ümidsiz olmalıdır (onlarla zəif, müvəqqəti, məhdud və acizanə şəkildə olan rəftarlar onun kökünü kəsə bilməz. Belə işlərlə özünüzü aldatmayın.)

 

  1. Sizin vəhdət, qüdrət, siyasət və müdiriyyətiniz elə tərzdə olmalıdır ki, düşməni hər an məyusluğa doğru çəksin.

Nurul-Quran – «ALİ-İMRAN» SURƏSİ


more post like this