﴿ وَمَا جَعَلَهُ اللّهُ إِلاَّ بُشْرَى لَكُمْ وَلِتَطْمَئِنَّ قُلُوبُكُم بِهِ وَمَا النَّصْرُ إِلاَّ مِنْ عِندِ اللّهِ الْعَزِيزِ الْحَكِيمِ ﴾

TƏRCÜMƏ:

«Allah bunu (kömək vədəsini və mələklərin göndərilməsini) yalnız sizə müjdə olaraq və qəlblərinizin onunla rahatlıq tapması üçün etdi (çünki, adətən qəlblər əsas səbəbkara və amilə deyil, zahirdə görünən səbəb və vasitələrə yönəlir). Kömək və yardım yalnız yenilməz qüdrət və hikmət sahibi olan Allah tərəfindəndir (çünki bütün səbəblərin səbəbkarı və amili Onun istəyidir).»

TƏFSİR:

  1. Cəbhələrdə ruhi aramlıq və müjdə döyüşçülərin ehtiyaclarından biridir.

  1. Bütün maddi, elmi, ruhi və qeybi müqəddimələr Allahın iradəsi olmadan heç bir təsirə malik deyildir.

  1. Allahın qüdrət və izzəti həmişə hikmətlə yanaşıdır. Bəzi hallarda xüsusi dəlillərə əsasən müsəlmanların da məğlubiyyətə uğraması mümkündür. Bəli, Allahın qeybi yardımları Onun hikmətindən asılıdır.

more post like this