﴿ لَيْسُواْ سَوَاء مِّنْ أَهْلِ الْكِتَابِ أُمَّةٌ قَآئِمَةٌ يَتْلُونَ آيَاتِ اللّهِ آنَاء اللَّيْلِ وَهُمْ يَسْجُدُونَ ﴾

 

TƏRCÜMƏ:

 

«Onların hamısı bir deyil. Kitab əhlindən əməli doğru olan bir dəstə vardır ki, onlar gecə vaxtları (Allaha) boyun əyib səcdə edərək Allahın ayələrini oxuyurlar.»

 

TƏFSİR:

 

İSLAMIN HAQQAXTARMA RUHİYYƏSİ

 

Keçən ayələrdə yəhud qövmünü şiddətlə məzəmmət etməyin ardınca bu ayədə ədalətə riayət etmək, layiqli insanların hüququna ehtiram qoymaq, eləcə də insanlar arasında fərq qoymadan, hamısına eyni gözlə baxmamaq məsələsini çatdırmaq üçün buyurulur: “Kitab əhlinin hamısı eyni deyildir. Pozğun və əxlaqsız insanların müqabilində onların arasında elələri tapılır ki, Allaha itaət etməkdə və qiyamda sabitqədəmdirlər.”

 

Onların digər bir xüsusiyyəti budur gi, həmişə gecə yarısı Allahın ayələrini oxuyurlar.

 

Ayənin axırında onların xüzu və mütiliyi qeyd olunaraq buyurulur: “Onlar Pərvərdigarın əzəməti müqabilində səcdəyə düşürlər.

 

AYƏ 114:

 

﴿ يُؤْمِنُونَ بِاللّهِ وَالْيَوْمِ الآخِرِ وَيَأْمُرُونَ بِالْمَعْرُوفِ وَيَنْهَوْنَ عَنِ الْمُنكَرِ وَيُسَارِعُونَ فِي الْخَيْرَاتِ وَأُوْلَـئِكَ مِنَ الصَّالِحِينَ ﴾

 

TƏRCÜMƏ:

 

«Onlar Allaha və axirət gününə iman gətirir, bəyənilən işə əmr edir, nalayiq işdən çəkindirir və xeyir işlərə tələsirlər. Onlar ləyaqətlilərdəndirlər.»

 

TƏFSİR:

 

Bu ayədə əlavə edilir ki, onlar Allaha və Qiyamət gününə iman gətirir, əmr be məruf, nəhy əz münkər işini yerinə yetrir və yaxşı işlərdə bir-birindən qabağa keçirlər. Nəhayət, onlar saleh və imanlı şəxslərdir.

 

AYƏ 115:

 

﴿ وَمَا يَفْعَلُواْ مِنْ خَيْرٍ فَلَن يُكْفَرُوْهُ وَاللّهُ عَلِيمٌ بِالْمُتَّقِينَ ﴾

 

TƏRCÜMƏ:

 

«Onlar etdikləri heç bir xeyir iş üçün əsla mükafatsız qalmazlar. Allah təqvalıları(n halını) biləndir.»

 

TƏFSİR:

 

İlahi dünyagörüşdə heç bir şey, heç vaxt zay olub aradan getməz. Quranda oxuyuruq ki, «İnnəma yətəqəbbəlullahu minəl-muttəqin» – Allah yalnız təqva əhlinin əməlini qəbul edər. Deməli, əməllərin qəbul olunmasında əsas şərt iman və təqvadır. Burada da buyurulur: “Biz əməllərini qəbul etməkdən ötrü müttəqilərin kim olduğunu bilirik.”

 

AYƏ 116:

 

﴿ إِنَّ الَّذِينَ كَفَرُواْ لَن تُغْنِيَ عَنْهُمْ أَمْوَالُهُمْ وَلاَ أَوْلاَدُهُم مِّنَ اللّهِ شَيْئًا وَأُوْلَـئِكَ أَصْحَابُ النَّارِ هُمْ فِيهَا خَالِدُونَ﴾

 

TƏRCÜMƏ:

 

«Şübhəsiz, kafirlərin nə malları və nə də övladları onlardan Allah(ın əzabın)dan heç bir şeyi əsla dəf etməyəcəkdir. Onlar od əhlidirlər və orada əbədi qalacaqlar.»

 

TƏFSİR:

 

Quran dəfələrlə elan edib bildirmişdir ki, Allahın qəhr-qəzəbi müqabilində nə mal-dövlət, nə oğul-uşaq, nə qohum-əqrəba, nə həyat yoldaşı, nə üzrxahlıq, nə dostluq, nə ağalıq – heç bir şey zərrə qədər belə təsirə malik deyildir.

Nurul-Quran – «ALİ-İMRAN» SURƏSİ

 

 

 

 

 


more post like this