﴿ وَلِلّهِ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الأَرْضِ وَإِلَى اللّهِ تُرْجَعُ الأُمُورُ ﴾

 

TƏRCÜMƏ:

 

«Göylərdə və yerdə olanlar (onların özləri də daxil olmaqla) Allahın həqiqi mülküdür. (Çünki yaratmaq, qorumaq, idarə etmək və aradan aparmaq, bunların hamısı Onun istək və iradəsinin təsiri altındadır.) Və (varlıq aləminə aid olan) bütün işlər Ona tərəf qaytarılacaqdır.»

 

TƏFSİR:

 

Bu ayə Allah-təaladan zülmün, nahaq işin baş verməsinin qeyri-mümkünlüyünə dəlildir. Ayədə buyurulur: “Allahın bir kəsə zülm etməsi necə mümkün ola bilər? Halbuki asimanlarda və yerdə olanlar Ona məxsusdur və bütün işlər Ona doğru qayıdır, məhz Onun fərmanı ilə baş verir.”

 

AYƏ 110:

 

﴿كُنتُمْ خَيْرَ أُمَّةٍ أُخْرِجَتْ لِلنَّاسِ تَأْمُرُونَ بِالْمَعْرُوفِ وَتَنْهَوْنَ عَنِ الْمُنكَرِ وَتُؤْمِنُونَ بِاللّهِ وَلَوْ آمَنَ أَهْلُ الْكِتَابِ لَكَانَ خَيْرًا لَّهُم مِّنْهُمُ الْمُؤْمِنُونَ وَأَكْثَرُهُمُ الْفَاسِقُونَ﴾

 

TƏRCÜMƏ:

 

«Siz (müsəlmanlar), (Allah tərəfindən dünyanın) insanlar(ın)a zahir olmuş ən yaxşı ümmətsiniz, bəyənilən işə əmr edir və çirkin işdən çəkindirirsiniz və Allaha (nazil etdiyi şeylərdə) iman gətirirsiniz. Əgər kitab əhli də iman gətirsəydi, əlbəttə onlar üçün daha yaxşı olardı. Onların bəzisi mömin və çoxu itaətsizdirlər.»

 

TƏFSİR:

 

BİR DAHA FƏSAD İLƏ MÜBARİZƏ VƏ HAQQA DƏVƏT

 

Bu ayədə bir daha əmr be məruf, nəhy əz münkər, eləcə də Allaha iman gətirmək məsələsi irəli çəkilir və buyurulur: Siz insanların xeyrinə yaradılmış ən yaxşı ümmətsiniz. Çünki əmr be məruf və nəhy əz münkər işini yerinə yetirir və Allaha iman gətirirsiniz.

 

Maraqlıdır ki, bu ayədə müsəlmanların ən yaxşı ümmət olmasının dəlili əmr be məruf və nəhy əz münkər işini yerinə yetirib Allaha imanlı olması qeyd olunur. Bu da onu göstərir ki, bəşər cəmiyyətlərinin islahı iman gətirmək, haqqa dəvət etmək və fəsad ilə mübarizə aparmaq kimi işlər olmadan mümkün deyildir. Bundan əlavə, bu iki vacib əməlin yerinə yetirilməsi imanın güclənməsinə, cəmiyyətdə ictimai və fərdi qanunların icra olunmasına zəmanət verir. Bir əməlin icra olunmasına zəmanət verilməsi o əməlin özündən qabaqdır.

 

Sonra buyurulur ki, bu qədər açıq-aydın dinin, imanın və əzəmətli qanunların mənfəəti hər kəs üçün inkarolunmazdır. Buna əsasən əgər kitab əhli (yəhudilər və məsihilər) iman gətirsələr, onların öz xeyrinə olar. Təəssüflər olsun ki, onların yalnız az bir hissəsi özlərinin cahiliyyət təəssüblərindən əl çəkərək İslamı qəbul etmişlər, əksəriyyəti isə Allahın fərmanından xaric olmuşlar.

Nurul-Quran – «ALİ-İMRAN» SURƏSİ

 


more post like this