﴿ وَأَمَّا الَّذِينَ ابْيَضَّتْ وُجُوهُهُمْ فَفِي رَحْمَةِ اللّهِ هُمْ فِيهَا خَالِدُونَ. تِلْكَ آيَاتُ اللّهِ نَتْلُوهَا عَلَيْكَ بِالْحَقِّ وَمَا اللّهُ يُرِيدُ ظُلْمًا لِّلْعَالَمِينَ ﴾

 

TƏRCÜMƏ:

 

  1. «Üzləri ağ olanlara gəldikdə isə, (onlar) Allahın rəhmətindədirlər və orada əbədi qalacaqlar.»

 

  1. «Bunlar (axirət aləminin hekayətləri), Allahın ayələridir ki, onları haqq və doğru olaraq sənə oxuyuruq. Allah əsla aləmdəkilərə zülm (etmək) istəmir.»

 

TƏFSİR:

 

İlahi ayələrin heç bir mübaliğə, artırıb-azaldılma olmadan oxunması həqiqətə uyğundur. Ümmətlərin əməl və davranışları, rəftar və mükafatları, hərəkət və cəzaları və s. dəyişilməz bir qanun əsasındadır. Allah-təala nə Öz bəndələrini taqətlərindən artıq bir şeyə vəzifəli edir, nə də ümmətlərin barəsindəki ilahi qanunlar dəyişilir.

 

İNCƏ MƏTLƏBLƏR

 

  1. Allah-təala heç kəsə azacıq zülmü belə rəva görməz və heç kəsin də zülm etməsini istəmir.

 

  1. Üzüağ və ya üzüqara olmaq insanın öz əməllərinin, fikir və əqidələrinin inikasıdır.

 

  1. Zülmü o kəs rəva görər ki, müəyyən qədər çatışmazlığı olsun, yaxud öz məqsədinə haqq yolu ilə nail ola bilməsin, yaxud da zülmün çirkinliyindən və pisliyindən qafil olsun. Bunların heç birinin Sübhan olan Allahda olması əsla mümkün deyil. Bəlkə də sonrakı ayə bu məsələyə işarə edir və buyurur ki, bütün şeylərin sahibi, qayıdılacaq yeri olan Allahın zülm etməyə nə ehtiyacı var?!

Nurul-Quran – «ALİ-İMRAN» SURƏSİ


more post like this