﴿ يَا أَيُّهَا الَّذِينَ آمَنُوَاْ إِن تُطِيعُواْ فَرِيقًا مِّنَ الَّذِينَ أُوتُواْ الْكِتَابَ يَرُدُّوكُم بَعْدَ إِيمَانِكُمْ كَافِرِينَ ﴾

TƏRCÜMƏ:

«Ey iman gətirənlər, əgər (səmavi) kitab verilmiş kəslərdən bir dəstəyə itaət etsəniz, (onlar) sizi imanınızdan sonra küfrə qaytararlar.»

TƏFSİR:

Müxtəlif təfsirlərdə qeyd olunur ki,) «Məcməül-bəyan», «Ruhul-bəyan», «Ruhul-məani» təfsirlərindən, həmçinin Fəxri Razi, Məraği, Qunduzi və digər alimlərin təfsir kitablarından nəql olunub( yəhudilərdən Şas ibn Qeys adlı bir nəfər Mədinə müsəlmanlarının, xüsusilə, Ovs və Xəzrəc qəbilələri arasındakı səfa-səmimiyyəti və qardaşlığı görəndə çox narahat oldu. Fikirləşdi ki, bu qəbilələr keçmişdə bir-birinə qarşı uzunmüddətli müharibə aparmışlar, amma hazırda Həzrət Məhəmmədin (s) düzgün idarəçiliyi və rəhbərliyi sayəsində sülh, qardaşlıq və səfa-səmimiyyətdə yaşayırlar. Bu rəhbərlik davam edərsə, yəhudilik ciddi bir təhlükə ilə qarşılaşacaqdır. O xüsusi tədbirlə bir qrupu yoldan çıxarıb özü ilə həmfikir etdi. Cavan bir müsəlmana göstəriş verdi ki, bu iki qəbilənin arasında baş vermiş köhnə müharibələri və müharibənin baş verdiyi yeri xatırladaraq onları yeni davaya təhrik etsin. Cavan bu işi gördü: müharibə odu şölələnmək ərəfəsində olduqda Rəsuli-Əkrəm (s) özünün xatircəmlik bağışlayan sözlərilə xəbərdarlıq verib onları bu məkirli hiylə və onun acınacaqlı nəticələrindən agah etdi. Onlar qəflət yuxusundan oyanaraq silahı yerə qoyub bir-birini qucaqladılar, ağlaşdılar və əməllərindən peşman oldular. Təfsirçilərin nəzərinə görə, bu ayə və ondan əvvəlki iki ayə həmin hadisə ilə əlaqədar nazil oldu və kitab əhlini danlayıb müsəlmanlara xəbərdarlıq verdi.

Nurul-Quran – «ALİ-İMRAN» SURƏSİ

AYƏ 101:

﴿ وَكَيْفَ تَكْفُرُونَ وَأَنتُمْ تُتْلَى عَلَيْكُمْ آيَاتُ اللّهِ وَفِيكُمْ رَسُولُهُ وَمَن يَعْتَصِم بِاللّهِ فَقَدْ هُدِيَ إِلَى صِرَاطٍ مُّسْتَقِيمٍ﴾

TƏRCÜMƏ:

«Allahın ayələri sizə oxunduğu halda və Onun Rəsulu sizin aranızda ola-ola necə küfr edirsiniz?! Kim Allaha sığınsa, doğrudan da, doğru yola hidayət olunmuşdur.»

TƏFSİR:

İnhiraf və küfr ya düz yolun, ya da düzgün rəhbərin olmamasından irəli gəlir. Amma kitab, sünnə, ilahi qanun və rəhbərlərin mövcud olması ilə, artıq inhirafa, düz yoldan azmağa yer qalmır.

Allaha arxalanmaq, Ona təvəkkül etmək, hər bir işdə Ondan kömək diləmək bütün inhiraf və vəsvəsələlərdən amanda qalmağa səbəb olur.

İNCƏ MƏTLƏBLƏR

1. Allaha sarılmaq yolu hər kəsin üzünə açıqdır.[ İmam Hadidən (ə) nəql olunan «Camiəyi-Kəbirə» ziyarətində oxuyuruq: «Hər kəs sizə sarılsa, şübhəsiz Allaha sarılmış olur.» Kim Allah övliyalarına təvəssül edib onlara sığınsa, həqiqətdə özünü Allahın himayəsində qərar vermiş olur. Əvvəlki ayədə kafirlərə itaət etmək küfr və yalanın səbəbi olduğu kimi, ilahi rəhbərlərə itaət etmək də Allaha imana səbəb olur.]

2. Qanun təklikdə küfr, azğınlıq və inhirafın qarşısını almağa kifayət etmir; düzgün rəhbər də lazımdır.

3. Allahdan başqa hər kəsə və hər bir məqama üz döndərmək inhiraf, azğınlıq sayılır.

4. Hərəkətdən öncə ən mühüm məsələ düzgün yolu tapmaq və onun əsasında hərəkət etməkdir.

5. Allaha sarılmağın hökmən müsbət nəticəsi vardır.

6. Allaha sarılmaq agahlıq nəticəsində olan seçmə ilə yanaşı bir hərəkətdir və bu da Allah övliyaları ilə birlikdə Onun yolunda hərəkət etməkdən ibarətdir.

AYƏ 102:

﴿ يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ اتَّقُواْ اللّهَ حَقَّ تُقَاتِهِ وَلاَ تَمُوتُنَّ إِلاَّ وَأَنتُم مُّسْلِمُونَ ﴾

TƏRCÜMƏ:

«Ey iman gətirənlər, Allahdan Ona layiq olan tərzdə qorxun və yalnız müsəlman olaraq ölün.»

TƏFSİR:

İman, elm və təqvada olduğu kimi, hər hansı bir kamalın da müxtəlif mərhələləri – ilkin və ən yüksək mərhələsi vardır ki, mütləq kamala qədər gedib çatır. Məsələn, Quranda Peyğəmbərin (s) dilindən deyilir: «Rəbbi zidni elmən» – yəni, Pərvərdigara, mənim elmimi artır.» «Taha» surəsi, 114-cü ayə. «Məkarimul-əxlaq» duasında isə oxuyuruq: «Bəlliğ bi imani əkmələl-iman» – yəni Pərvərdigara, mənim imanımı kamal həddinə çatdır. Bu ayədə də buyurulur ki, «Allah qarşısında ən yüksək səviyyədə təqvalı olun.» İmam Sadiq (ə) buyurur: «Təqvanın haqqı budur ki, Allaha itaət edəsən.» Deməli, təqvanın da müxtəlif mərhələ və mərtəbələri vardır.

İNCƏ MƏTLƏBLƏR

1. Hər gün daha yüksək mərhələlərə nail olmaq lazımdır.

2. İman gətirməyin özü təklikdə kifayət deyildir, əsas şərt imanlı qalmaqdır. Hər hansı bir işin əvvəli çox da mühüm deyil. Onun axırı daha yüksək əhəmiyyət kəsb edir.

3. İslam dini insana təkcə necə yaşamağı deyil, həm də dünyadan necə getməyi öyrədir.

4. Təqva insanın axır-aqibətinin gözəl nəticələnməsinin əsas meyarıdır.

more post like this