:

 

﴿ الم ﴾

 

MÜQƏTTƏƏ HƏRFLƏRİ BARƏSİNDƏ İZAH

 

«Bəqərə» surəsində qeyd olunduğu kimi, «Əlif, lam, mim» müqəttəə hərflərindən sayılır. Bu hərflər barəsində bəlkə də ən məşhur nəzəriyyə bunu hesab etmək olar ki, onlar Allahla Onun Peyğəmbəri arasında sirli bir rəmzdir. Yaxud bu məsələni çatdırır ki, Quran məhz həmin müqəttəə hərflərindən təşkil edilmiş və Allah-təala bu hərflərdən təşkil olunan Quranı bir mövzu şəklində nazil etmişdir.

 

Allah-təala Öz qüdrəti ilə cansız torpaqdan canlı, şüurlu və idrak sahibi olan bir insan yaradır. İnsanlar isə torpaqdan sadəcə olaraq kuzə, saxsı, kərpic və s. kimi cansız əşyalar düzəldirlər. Məhz bu da ilahi qüdrətin bəşər qüdrəti ilə olan fərqidir.

 

«Əlif, lam, mim» hərfləri altı surənin − «Bəqərə», «Ali-İmran», «Ənkəbut», «Nun», «Loğman» və «Səcdə» surələrinin əvvəllərində gəlmişdir. «Əlif, lam, ra» hərfləri də altı surənin: «Yunus», «Hud», «Yusif», «Rəd», «İbrahim» və «Hicr» surələrinin əvvəlində gəlmişdir. «Ham, mim» hərfləri də altı surənin: «Şura», «Fussilət», «Zuxruf», «Duxan», «Casiyə» və «Əhqaf» surələrinin əvvəllərində gəlmişdir. Göründüyü kimi, bu hərflərdən hər biri altı surənin əvvəlində nazil olmuşdur. Lakin yerdə qalan müqəttəə hərfləri isə yalnız bir surədə gözə çarpır.

Nurul-Quran – «ALİ-İMRAN» SURƏSİ

 

 


more post like this