14.Axirət.

Quran

«Biz axirət qazancını istəyənin qazancını artırır, dünya mənfəətini istəyənə də ondan veririk. Onun axirətdə heç bir payı yoxdur.»[1]

Hədis

31.İmam Əli (ə):«Dünya bədbəxtlərin arzusu, axirət isə xoşbəxtlərin qurtuluş və uğurudur.»[2]

32.İmam Əli (ə):«Axirətdən möhkəm yapış ki, dünya sənə kiçik gəlsin.»[3]

33.İmam Əli (ə)Həqiqətən dünya səndən ayrılandır, axirət isə sənə yaxındır.»[4]

 

15.Axirət işlərinin əzəməti.

Quran

«Bir gör onların birini digərindən necə üstün etdik. Axirətdə dərəcə və üstünlüklər daha yüksək və ucadır.»[5]

Hədis

34.İmam Əli (ə):«Dünyanın hər bir şeyini eşitmək görməyindən böyükdür. Axirətin isə hər bir şeyini görmək eşitməyindən böyükdür. Odur ki, axirəti görməyin yerinə, gözlərə görünməyən, qeyb pərdəsi arxasında olanları müşahidə etmək əvəzinə, elə eşitməklə və (peyğəmbərlərin vasitəsi ilə) xəbərdar olmaqla kifayətlənin.»[6]

 

16.Axirət əbədi evdir.

Quran

«Ey qövmüm! Bu dünya həyatı keçici bir şeydir, qalmaq yeri axirət evidir.»[7]

 

 

Hədis

35.İmam Əli (ə):«Öz əbədi evini abadlaşdıran kəs ağıllıdır.»[8]

36.İmam Əli (ə):«Dünya qurtaran, axirət isə əbədidir.»[9]

 

17.Axirətin üstünlüyü.

Quran

«De:«Dünyanın malı azdır və axirət, təqvası olan üçün daha yaxşıdır.»[10]

Hədis

37.İmam Əli (ə):«Axirətin heç bir əvəzi yoxdur və dünya insanın qiyməti deyil.»[11]

 

18.Axirəti yada salmaq.

38.İmam Əli (ə):«Axirəti yada salmaq dava-dərmandır, dünyanı yada salmaq isə ən pis dərd və xəstəlik.»[12]

39.İmam Əli (ə):«Kim axirəti çox yadına salsa günahı və (Allaha qarşı) itaətsizliyi az olar.»[13]

 

19.Axirət üçün görmək.

40.Allahın Peyğəmbəri (s):«Dünyan üçün elə işlə ki, sanki əbədi yaşayacaqsan və axirətin üçün elə iş gör sanki sabah öləcəksən.»[14]

41. Allahın Peyğəmbəri (s):«Allah gecə-gündüz ən böyük dərd-qəmi axirət olan kəsin qəlbini ehtiyacsız və zəngin edər, onun işini qaydaya salar. O, ruzisini tam şəkildə əldə etəməyincə dünyadan köçməz. Allah gecə-gündüz ən böyük dərd-qəmi dünya olan kəsin alnına isə yoxsulluq (möhürü) vurar, işinin nizamını pozar.O dünyada öz qismətindən artıq bir şey əldə etməz.»[15]

42.İmam Əli (ə):«Dünyaya rəğbəti ola-ola axirət üçün iş görmək faydasızdır.»[16]

 

Mizanulhikmətin (xülasəsi)I cild

 



[1] Şura, ayə  20

[2] Ğurərul-Hikəm, hədis 694+695

[3] Ğurərul-Hikəm, hədis 6080

[4] Nəhcül-Bəlağə, məktub 32.

[5] İsra, ayə 21.

[6] Nəhcül-Bəlağə, xütbə 114.

[7] Ğafir,ayə 39.

[8] Ğurərul-Hikəm, hədis 8298.

[9] Ğurərul-Hikəm, hədis 4.

[10] Nisa, ayə 77.

[11] Ğurərul-Hikəm, hədis 7502

[12] Ğurərul-Hikəm, hədis 5175+5176

[13] Ğurərul-Hikəm, hədis 8769

[14] Tənbihul-Xəvatir, c.2, səh.234

[15] Biharul-Ənvar, c.77,  səh.151, hədis 104

[16] Ğurərul-Hikəm, hədis 10829

d:#?n’�O)0O(ftnref6″ name=”_ftn6″ title=””>[6] Ğurərul-Hikəm, hədis 6342

 

[7] Ğurərul-Hikəm, hədis 6361

[8] Ğurərul-Hikəm, hədis  4187

[9] Həşr, ayə 9

[10] Nurus-Səqəleyn, c.5, səh. 285, hədis 53

[11] Tənbihul-xəvatir, c.1, səh.172

[12] Nurus-Səqəleyn, c.5, səh.285, hədis 52

[13] Nurus-Səqəleyn, c.5, səh.470, hədis  20


more post like this