Cavab: Şübhəsiz, ruzini verən Allahdır. Amma Alah ruzisini göydən zənbillə bəndələrinin önünə qoymur. Onlardan zəhmət və iş tələb edir və bu iş müqabilində onlara ruzi verir.

Cəmiyyətdə heç də yalnız fırıldaq, əliəyri hacı və dindarlar zəngin deyil, ixlaslı, mömin varlı dindarlar da yetərincədir. Bələ şəxsləri görmək lazımdır. Yalnız bir bucaga nəzər salmaq lazım deyil.

Bir şəyə diqqət etmək lazımdır, sırf tələaşla iş bitmir, bu təlaş məqsədli və düzgün yönəldilməlidir. Fərz edək bir mömin şəxs 15-16 yaşından etibarən dərslərinə dqqətlə yanaşır, müəllim yanına gedir, gecə-gündüz bilmədən mütaliəsini artırır və nəticədə ali məktəbə qəbul olunur, oranı da layiqincə bitirir, savadlı həkim və ya mühəndis və ya müəllim və s. kimi cəmiyyətdə fəaliyyətə başlayır və cəmiyyətdə ictimai mövqeyi, maddi durumu normal bir həddə çatır. Lakin digər bir mömin təhsilə fikir verməyib, vaxtında heç bir peşə öyrənməyib, hazırda ticarət etsə də amma bu ticarəti qanun-qayda əsasında həyata keçirmir deyil, ona görə də həmişə zərərlə üzləşir. Və yaxud başqa sahələrdə oxşar fəaliyyətlər də eyni nəticəylə qarşılaşır.


more post like this