Sual: 69. Ehtiyac duyulan avtomobili almaq üçün hesaba köçürülən qazanc puluna il tamamlandıqda xüms düşürmü?

Cavab: İmam (r), Sistani, Təbrizi, Safi və Vəhid: Xüms düşür.

Məkarim: Əgər beh ünvanında hesaba köçürülübsə, xümsü yoxdur. Əmanət şəklində olarsa, xümsü var.

Behcət, Nuri, Fazil və Xamenei: Əgər maşına ehtiyac olarsa və onu yalnız hesaba pul köçürmək yolu ilə almaq mümkündürsə, xümsü yoxdur.

Qeyd 1. Uyğun təşkilata köçürülən pulun qazancı olarsa, bir il ötdükdən sonra ona xüms düşür.

Qeyd 2. Qeyd olunmuş hökm yalnız avtomobilə yox, ehtiyac duyulan və pul köçürmək yolu ilə alınan hər bir vasitəyə şamil olunur.

Sual: 70. Bir nəfər xüms ilinin ortalarında şəxsi istifadəsi üçün maşın alır. Əgər onu xüms ili tamamlandıqdan sonra təhvil götürərsə, xümsünü verməlidirmi?

Cavab: (Sistanidən başqa) Bütün müctəhidlərin rəyi: Xeyr, xüms vermək lazım deyil.

Sistani: Onun xümsünü günün qiyməti ilə verməlidir.

Qeyd: Həzrət ayətullah Sistani əşyanın məuna xərclərindən olmasında hazırkı istifadəsini (xüms ilindən öncə) şərt bilir.

Xüms barədə bir neçə məşhur mərcəi-təqlidin nəzəri kitabı


more post like this