Quranı- kərimdə Allah- Taala insanlara şirki qadağan edəndən sonra, ata- anaya yaxşılıq etməyi tövsiyə edibdir. Mərhum Əllamə Təba- təbayi deyir: Tövhiddən sonra ilahinin ən böyük vaciblərindən biri valideynə yaxşılıqdır. Bu hörmət və yaxşılıqda mömin və kafir valideyn arasında heç bir fərq yoxdur. Çünki, Quran mütləq formada (heç bir xüsusiyyətsiz) buyurur: Ata- anaya yaxşılıq edin.”
Amma sizin sualınızın cavabında deməliyik:
A). Bəzən ata- ana birlikdə övladı günah və şəriətə zidd bir işi görməyə əmr edirlər. bu halda onlara itaət etmək vacib deyil.
Quran bu barədə buyurur: “Biz insana ata- anasına yaxşılıq etməyi tapşırdıq. Əgər onlar (müşrik olsalar) və bilmədiyin bir şeyi mənə şərik qoşmağı səndən istəsələr, onlara tabe olma.”
İmam Əli (ə) buyurur: “Allahın günahlarında məxluqa itaət etmək (kim olursa olsun) qəbul edilməzdir.”
Ya “Atanın haqqı budur ki, övlad Allahın günahlarından başqa bütün şeylərdə ona itaət etməlidir.”
İmam Rza (ə) bu barədə buyurur: “Ata- anaya yaxşılıq etmək vacibdir, müşrik olsalar belə. Amma əgər Allahın günahına əmr etsələr, onlara itaət olunmamalıdır.”
Amma bunlardan başqa yerlərdə, yəni müstəhəb, məkruh və mübahlarda onlarda itaət etmək lazımdır. Çünki, fəqihlər buyurublar:
Əgər ata- və ana övladlarını müstəhəbbi oruc tutmaqdan çəkindirsələr, ehtiyat vacib budur ki, oruc tutmasın. Həmçinin əgər övladın müstəhəb orucu ata- ananın əziyyətinə səbəb olsa, tərk olunmalı və əgər oruc tutsa, iftar etməlidir.
Əgər ata ya ana öz övladlarına namazı camaatla qılmağı əmr etsələr, ata- ananın itaəti vacib olduğuna görə, ehtiyatı vacibə əsasən, namazı camaatla qılmalı və müstəhəb niyyəti etməlidir.
namazı vaxtın əvəlində qılmaq müstəhəbdir. Amma əgər ata övladı müstəhəb ya mübah bir işi görməyə əmr etsə, onlara itaət etmək namazı vaxtın əvvəlində qılmaqdan önə keçir.
B). Bəzən valideynlərin biri övladı şəriətə uyğun işə digəri isə Allahın günahı olan bir işə əmr edir. Bu halda yəqinən şəriətə uyğun olan şəxsin dediyinə əməl edilməlidir.
C) Bəzən ata və ana insandan mübah bir işi istəyirlər. Amma onların biri o işi etməyi, o biri isə etməməyi istəyirlər.
Bu barədə deməliyik: Əgər islam şəriətində, bakirə qızın evlənməsi və…. kimidə atanın vilayətinin olması ibadət olubsa, bu yerlərdə vilayət sahibinin sözünün qəbul olunması məlumdur. Amma ata və ananın heç biri üçün vilayətin olması sübut olunmayıb, digər bir tərəfdən dini kitablarda Peyğəmbər (s)- dən nəql olub ki, bir kişi Peyğəmbərin yanına gəldi və kimə yaxşılıq etməsini soruşdu. Həzrət buyurdu: Anana yaxşılıq et. İkinci dəfə soruşdu. Həzrət cavab verdi: Anana. Üçüncü dəfə soruşdu. Həzrət yenə buyurdu: Anana. Dördüncü dəfə soruşanda, buyurdu: Atana.
Digər bir tərəfdən bəzi rəvayətlərdə gəlibdir: Peyğəmbər (s-) dən sual olundu: Kimin insanın boynunda böyük haqqı var? Buyurdu: Atanın haqqı onun boynundadır. Yaxud digər bir rəvayətdə Peyğəmbər (s) buyurur: Sən və sənin malik olduğun mallar, atanındır.
Bu rəvayətlərin nəticəsi və belə hadisləri necə cəm etmək olar barədə, deyirik: Ata və anaya günahlara əmr və vaciblərdən çəkindirməkdən qeyri yerlərdə itaət etməyin vacibliyini, bəzi yerlərdə bütün alimlər qəbul edirlər. dini kitablardan anlamaq olar ki, belə yerlərdə övlad ananın tərəfinə daha çox riayət etməlidir.
Bizim sübutlarımız bunlardır:
1. dediyimiz kimi, Peyğəmbər (s) üç dəfə anaya yaxşılıq etməyə əmr edib və dördüncü dəfə ataya yaxşılıq etməyə əmr edibdir.
2. Baxmayaraq ki, keçən rəvayət atanın haqqını ən böyük haqq bilir, amma digər rəvayətlərdən istifadə olunur ki, ananın haqqı daha böyükdür.
Məsələn Peyğəmbər (s)- dən sual olundu ki, atanın haqqı nədir?
Buyurdu: Nə qədər diridir ona itaət etməlisən. Sual olundu: Ananın haqqı nədir? Buyurdu: “Heyhat, heyhat, əgər səhraların qumu qədər və yağışın damcıları qədər anana xidmət etsən də, onun qarnında olduğun bir günə bərabər olmayacaq.”
3. Ananın ruhiyyəsi daha çox həssasdır. Belə bir ruhiyyə daha çox məhhəbət istəyir. Belə bir yerlərdə ananın sözünü qabağa salmaq, xilqətin istəyinə uyğundur.
Hər halda, yaddan çıxarmaq olmaz ki, belə yerlərdə övlad, mümkün qədən ananın əmrinə itaət üçün elə yollardan istifadə etməlidir ki, atanın əziyyətinə də səbəb olmasın.


more post like this