Cavab: Aşura günü şəhadətə çatan bəy Vəhəb və gəlin Haniyə idi. Çəhəb əvvəl imam Hüseyndən döyüş meydanına getmək icazəsini aldı. Düşmənin bir çox əsgərini öldürəndən sonra onun iki qolunu kəsərək əsir tutdular və Ömər Sədin yanına apardılar. Sonra öldürüb başını kəsdilər və kəsilmiş başı imam Hüseyn (əleyhissalam)-ın ordusuna tərəf atdılar. Anası oğlunun kəsilmiş başını götürüb qanını sildikdən sonra, onu yenidən düşmən qoşununa tərəf atdı. Vəhəbin arvadı Haniyə, özünü ərinin cənazəsinə çatdırıb, qana bulanmış cənazəni qucağına aldı. Qanını təmizləyə-təmizləyə “Cənnətin mübarək olsun!” – deyirdi. Bu hadisəni uzaqdan seyr edən Şümr, öz qulamına onu da qətlə yetirməsini əmr etdi. Qulam əlindəki əmudla vuraraq onu da şəhadətə çatdırdı.
Nur-az.com


more post like this