Nahid Qərib

Aşiqi dildaridən ayrı salan hicran imiş,

Leylisiz Məcnunə dünya məhbəsi zindan imiş.

 

Ləblərindən dammiş eşqin damlası aləmlərə,

eşqin hər bir şeydə, hər bir zərrədə pünhan imiş.

 

Cox şeyi var eyləmiş aləmdə ol əsrarı eşq,

Xəstə könlüm məlhəmi dərdin mənə dərman imiş.

 

Aşina, eşqin yolu heç bir zaman əql istəməz,

Canana çatmaqdan ötrü dogru yol irfan imiş.

 

Kimki pak olmaq dilər dəryaya baş vursun gərek,

nefsin islah eyləyənlər aşiqi sübhan imiş.

 

Nəfsini ram eyləyənlər haqq yola olmuş qəbul,

Nəfsinə kim ki, qul olmuş dəhridə heyvan imiş.

 

Sevgili yar istəyənlər girsin eşq dəryasına,

Bəhri eşqə baş vurub görsün nə cür ümman imiş,

 

Nahida bu eşq ki, var çox qəlbləri pak eyləmiş,

Kim özün pak eyləmiş aləmlərə sultan imiş.

 

* * *

 

 

Hər nə varimdır sənindir şəxsi varım yox mənim,

mən, mən olduqdan hecəm sənsiz bi, karım yox mənim.

 

Çeşmeyi eşqdən sirab olmuşların heyranıyam,

çün zəliləm öz –özümdən nazlı yarım yox mənim.

 

Ey ilahi lütf edib, rəhm eyləyib, ehv eylə sən

mən buna layiq deyildim etibarım yox mənim.

 

Əqlimi şeyda qılan yar hüsnünə aşiq mənəm,

yarə təslim olmamaqçün ixtiyarım yox mənim.

 

Ruhuma zindandı dünya istəməm dünyanı mən,

al məni, dərgahına səbrim qərarım yox mənim.

 

Al məni, məndən götür mən, məndə sənsiz heçnəyəm,

qalmışam qürbət diyarda öz diyarım yox mənim.

 

Gəl yetiş imdadima yar, aşiqin qəm çəkməsin,

məşuqumdan başqa qəlbdə intizarım yox mənim.

 

Nahida sən bir heç idin eşq səni etmiş vicud,

ol həmən eşqdən saçan nurdur şuarım yox mənim.

 

* * *

 

 

Sənsiz yenə bu aşiqinin gözləri nəmdir,

Həm qəm mənə aləmdir həm aləm mənə qəmdir.

 

Ya Rəb, səni itirən axi aləmdə nə tapmış,

Sənsiz mənə aləmdə nə vardırsa əcəmdir.

 

Qəlbim səni zikr eyləməsə məhv olar hər gah,

Sənsiz çəkilen hər nəfəsim dərdi-vərəmdir.

 

Hər bir yanını nur ilə nurlandıran eşqdir,

Öz eşqi yolunda əriyən aşiqi şəmdir.

 

Hər ani yox olmaqdadı gər fərqinə varmaz,

Cananı yolunda əriyən gör neçə dəmdir.

 

Öz yarı yolunda canını yox bilən aşiq

Görmürsə əgər yaını qəlbin gözü kəmdir.

 

Aç gözlərini kainatin seyrinə dalma,

Qəlbin gözun aç gör necə bir lütfi kərəmdir.

 

Yoxluqda nə var anla ki varlıqdan əyan ol,

Varlıqda yox olmaq diləsən şərti ədəmdir.

 

Aşiqdir o kəslər ki, onun aşiqidirlər,

Yalnız tək onunçün aşiqin qəlbi hərəmdir.

 

Cəhd eylə ey aşiq O kəsin aşiqi ol ki,

Aləmlərə sığmaz ama aləm ona cəmdir.

 

Nahid elə bir məşuqu sevmişdir həyatda,

Bihuş olub o eşqidə çün eşqi ələmdir.

 

* * *

 

 

İnsaf eylə ey nigarim bağrımı qan eyləmə,

Mən fəqirə rəhm qıl gəl fəsli hicran eyləmə.

 

Yox dəxi canda təhəmmül bir daha tab eyləməz,

Ol gözəl rüxsarını örpəkdə pünhan eyləmə.

 

Sevgili yar həsrəti xar eyləmiş aşiqləri,

Aşiqi dildarı ey yar gəl yarımcan eyləmə.

 

Rahi-eşqə baş qoyanlar mülki-dünya istəməz,

Yarə məhrəm olmaq üçün fikri asan eyləmə.

 

Dərk qıldın tərk elə dünyanı ey könlüm mənim,

Dərki-iman eylə hər gah tərki-iman eyləmə.

 

Bir udumluq bir zəhərdi canu qəlbdən ayrı qıl,

Ol səadət mənzilin gəl nəfsə qurban eyləmə.

 

Çək qəmin qəlbində hər gah dərdini pünhan elə,

Sirri-mütləq eşqini dünyadə elan eyləmə.

 

Gör neçə illərdi dustaq olmuşam məhbəsdə mən,

Gəl məni azad elə hicrində giryan eyləmə.

 

Məhbəsi zindandan azad eyləyər nahid səni,

Səbr qıl çox az qalıbdır fikri-zindan eyləmə.

canderyasi.com


more post like this