Cavab:
Bismillahir-rəhmanir-rəhim.

Sizə Allahın salam və rəhməti olsun.
1. Bu, şəriətin göstərişidir.

2. Bu titullar xalq tərəfindən verilən titullardır. Həccə gedələrə hacı, Məşhədə gedənlərə məşədi, İraq ziyarətgahlarına gedənlərə isə kərbəlayi deyiblər. Çünki İraqda olan ziyarətgahlar arasında daha çox diqqəti cəlb edən ziyarətgah İmam Hüseynin ziyarətgahı olub. Ona görə də məlum titulla çağırılıblar. Həccdə də bir çox ziyarətgahlar var. Lakin hacı titulu daha əhəmiyyətli olduğundan zəvvarlar bu adla çağırılıb.

Sual:
(3 Salam!xais edirem menim sualimi saytda yerleshdirmeyesiniz.men sadece cavab tapa bilmediyim bir movzu haqinda size yaziram, Men ta ushaqliqdan dindeyem etrafimdaki insanlarda ibadetle meshgul olan insanlardir.Amma Gozel dinimizde mene qaranliq qalan birce movzu var buda muveqqeti nigahdir.BU haqda cox oxuyuram cox fikirleshirem ozumu qane edecek cavab tapa bilmirem.HERdende fikirleshirem ki bu haqda menim fikrim menimcun gunaha sebeb olar.dinimiz o qeder pakdir ki ele bilirem bu qerarla nese cirklenir.cunku qelben Allaha baqli olan momin bende bu hereketi ede bilmez CUNKU O ALLAHDAN heya edmelidir.Dinimizdede shehvetperestlik beyenilmir. Ailesi olan momin aile bashqa ailelere ornek olmalidir.ONADA muveqqeti nigah dusurse bunu anlaya bilmirem. men xristian olkesinde yashayiram.oz ailemizle burda numunevi gorunuruk.bIze bu haqda tez_tez sual verirler men onlarin cavablarini vere bilmirem.Fikirleshirem ki burdaki momunler bu ishle meshqul olsalar bizim dine hormet etmezler onlarcun adileserik.Allah amaninda!
Cavab:
Bismillahir-rəhmanir-rəhim.

Sizə Allahın salam və rəhməti olsun.

Müvəqqəti nikah şəhvətbazlıq deyil. Daimi evlənmək istəyənlərin cinsi tələbatını ödəmək üçün çıxış yoludur.

Müvəqqəti nikahda bakirə qızlar üçün valideynin icazəsi şərtdir.

Müvəqqəti nikahda qadın kişidən irs aparmasa da ondan dünyaya gələn uşaqlar bütün övladlıq hüquqlarına malikdirlər; ər-arvadın bir-birlərindən irs aparmamasına baxmayaraq, uşaqlar ata, ana və qohumlarından irs aparırlar.

Siz konkret olaraq müvəqqəti nikahda razılaşmadığınız məqamı qeyd edin, biz imkan daxilində cavablandırmağa çalışarıq.

haqyolu.com


more post like this