islamic mənbələri

    1. home

    2. article

    3. Arayıb axtarmaq[1]

    Arayıb axtarmaq[1]

    Arayıb axtarmaq[1]
    Rate this post

     

    332.Camaatın eyblərini arayıbaxtarmaq qadağandır

    Quran:

    «Ey iman gətirənlər! Zənn və gümanların çoxundan çəkinin. Çünki gümanların bəzisi günahdır. (Bir-birinizin eybini, sirrini) Arayıb-axtarmayın, bir-birinizin qeybətini etməyin. Məgər sizdən kimsə ölmüş qardaşının ətini yeməyə razı olarmı?! Həmin işə ikrahla baxdınız. Allahdan qorxun. Həqiqətən Allah tövbələri qəbul edən və mehribandır.»[2]

    Hədis:

    1071.Allahın Peyğəmbəri (s):«Zənn və gümandan uzaq olun. Çünki, güman ən yalan sözdür. Camaatın sözlərinə qulaq asmayın və onların nöqsanlarını arayıb-axtarmayın.»[3]

    1072.Allahın Peyğəmbəri (s):«Mənə camaatın qəlbini yarıb və onların batinlərini açmaq əmr olunmayıb.»[4]

    1073.Allahın Peyğəmbəri (s):«Müsəlmanların səhv və xətalarını axtarmayın. Çünki, kim qardaşının xətalarını arayıb-axtarsa, Allah həmin şəxsin səhv və xətalarını axtarar. Allah da, eyblərini aradığı kimsəni hətta, öz evinin içində olsa belə rüsvay edər.»[5]

    1074.Allahın Peyğəmbəri (s):«Əxlaqsız qadından kimlərin onunla pozğun iş görməsini soruşmayın. Çünki, beləsi rahatlıqla pozğunluq etdiyi kimi günahsız müsəlmanı da rahatlıqla bədnam edər.»[6]

    1075.İmam Sadiq (ə):«İnsanların dinini təftiş edib araşdırma ki, dostsuz qalarsan!»[7]

    1076.Saur əl-Kəndi:«Ömər ibn Xəttab Mədinədə gecə gəzintisinə çıxmışdı. Evlərin birindən bir kişinin mahnı oxuduğunu eşitdi. Evin hasarına çıxıb dedi:«Ey Allahın düşməni! Elə bilirsən, Allah sən günahkarın (eyblərinin) üstünü örtəcək?!» Həmin kişi dedi:«Ey möminlərin rəhbəri! Sən də mənim barəmdə artıq danışma! Əgər mən bir günah etmişəmsə, sən üç günah törətmisən:

    Allah-Taala «(eybləri) arayıb axtarmamağı» buyursa da, sən araşdırırsan. Həmçinin buyurub ki, «evlərə qapılardan daxil olun», amma sən hasarın üstünə çıxmısan. Allah-taala «Başqalarının evlərinə sahiblərindən icazə almadan və onlara salam vermədən girməməyi» buyursa da, sən mənim evimə icazəsiz daxil olmusan.» Ömər dedi:«Əgər səni bağışlasam bu işlərdən əl çəkərsənmi?» Həmin kişi dedi:«Bəli.» Ömər onu bağışladı və mənzilindən çıxıb onu rahat buraxdı.»[8]

     

    333.Müharibə zamanı casusluğun rəva olması

    1077.İmam Rza (ə):«Allahın Peyğəmbəri (s) qoşun göndərərkən onun başçısı haqda pis gümanda olanda, özünün inandığı adamlardan birini casus kimi onunla birgə göndərərdi.»[9]

     

    334.Casusun hökmü

    1078.İmam Sadiq (ə):«Casus və xəbərçini ələ keçirdikdə öldürmək lazımdır.»[10]

     

    335.Zahir əsasında hökm çıxarılan məqamlar

    1079.İmam Sadiq (ə):«İnsanlar gərək beş halda: qəyyumluq, evlilik, irs, heyvanın kəsilməsi və şahid durmaqda zahiri hökmə əməl etsinlər. Əgər şəxsin zahiri düz və inanmağa əsas verən olsa, onun şahid durması caizdir və batini araşdırılmamalıdır.»[11]

     

     

     

     

     

    Mizanul-hikmətin xülasəsi 1-ci cild

     

     



    [1] Əsas mətndə bu başlığın adı ərəbcə «təcəssüs»dür-Bunun mənası gizli şeylərdən danışmaq və işlərin batinini araşdırmaqdır və adətən mənfi araşdırmalar mənasını daşıyır.

    [2] Hucurat, ayə 12

    [3] Səhih-Müslim, hədis 2563

    [4] Kənzul-Ummal, hədis 31597, 15035

    [5] Əl-Kafi, c.2, səh.355, hədis 5

    [6] Təhzibul-Ehkam, c.10, səh.48, hədis 177

    [7] Biharul-Ənvar, c.78, səh.253, hədis 109

    [8] Kənzul-Ummal, hədis 8827

    [9] Vəsailuş-Şiə, c.11, səh.44, hədis 4

    [10] Müstədrəkül-Vəsail, c.11, səh.98, hədis 12518

    [11] Vəsailuş-Şiə, c.18, səh.213, hədis 1