Yaxşı-pisi başa düşən, nisbətən yaşlı uşağı həkimə aparmazdan qabaq qarşıdakı prosesləri izah etmək lazımdır. Əgər körpə “indini” “sonradan” fərqləndirə bilirsə, demək, o sizin izahatlarınızı anlayacaqdır. Hələ danışa bilməyən uşaq həkim xalatını gördükdə ötən müayinənin “dadını” xatırlaya bilir. Səkkiz aylıq körpə həkim xalatını qorxu ilə qarşılayır. Ötən müayinələr nə qədər ağrılı olmuşsa, qorxu da bir o qədər çox olur. Müayinənin gedişindən xəbərdar olan valideyn öz körpəsini daha yaxşı hazırlaya bilir. Hər halda hazırlıq əhəmiyyətlidir. Anlaqlı körpəni həkimə hazırlıqsız aparmaq olmaz.


more post like this