Allah, İslam əxlaqı ilə insanların həm ictimai, həm də fərdi mənada bütün hüquqlarını zəmanət altına almış və onlara ən rahat, ən dinc və ən xoşbəxt şəkildə yaşaya biləcəkləri yolu göstərmişdir. Quran əxlaqı qadın-kişi, gənc-yaşlı, zəngin-kasıb ayrıseçkiliyi güdmədən bütün insanlara qarşı ədalətli, xoş görüşlü, mərhəmətli və yardımsevər münasibətdə olmağı tələb edir. Mömin, qarşısında hər kim olursa olsun, həyatının sonuna qədər bu əxlaqı gücünün çatdığı ən gözəl şəkildə göstərməklə məsuldur. Çünki iman edən bir insan bütün gözəl əxlaq xüsusiyyətlərini, Allah özünə əmr etdiyi üçün yaşayar. Bu səbəblə də qarşısındakı adamın ictimai mövqeyi, cinsiyyəti, yaşı kimi faktorlar, onun göstərəcəyi münasibət və davranışlarına təsir etməz.

Allah Quranda həm qadına qarşı göstərilməsi lazım olan diqqətli münasibətə, həm də bununla yanaşı ‘anaya’ qarşı göstəriləcək olan gözəl əxlaqın əhəmiyyətinə diqqət çəkmişdir.

İnsanın ana və atası, uşaqlarının yaxşı təhsil alıb gözəl bir əxlaq qazana bilməsi, həm özünə, həm də ətrafındakı insanlara fayda gətirəcək xeyirli bir insan ola bilməsi üçün böyük səy göstərərlər. İllər boyu bu məqsədlə maddi mənəvi bir çox fədakarlığı boyunlarına götürərlər. İnsanın, özünə verilən bu əməyi təqdir edə bilməsi və bu fədakar əxlaqa, hörmət və ehtiramla cavab verməsi lazımdır. Allah Quranda möminin bu məsuliyyətini belə bildirir:
Biz insana valideynləri ilə gözəl davranmağı buyurduq. (Ənkəbut Surəsi, 8)
Biz insana ata-anasının qayğısına qalmağı tövsiyə etdik… (Əhqaf Surəsi, 15)
De: “Gəlin, Rəbbinizin sizə nələri haram etdiyini oxuyum: Ona heç nəyi şərik qoşmayın, valideynlərə yaxşılıq edin və yoxsulluq ucbatından uşaqlarınızı öldürməyin. Sizin də, onların da ruzisini Biz veririk. Murdar əməl-lərin aşkarına da, gizlisinə də yaxınlaşmayın. Allahın, (öldürülməsini) haram buyurduğu şəxsi haqsız yerə öldürməyin. Allah bunları sizə tövsiyə etmişdir ki, bəlkə anlayasınız. (Ən’am Surəsi, 151)

Quranın bir başqa ayəsində isə Allah insana, ana ataya qarşı gözəlliklə davranılmasını, böyüklənib lovğalanmaqdan uzaqlaşmasını belə bildirməkdədir:
Allaha ibadət edin və heç bir şeyi Ona şərik qoşmayın! Valideynlərə, qohum-əqrəbaya, yetimlərə, kasıblara, yaxın və uzaq qonum-qonşuya, yol yoldaşına, müsafirə və sahib olduğunuz (kölə və kənizlərə) yaxşılıq edin! Həqiqətən, Allah özünü öyənləri və lovğalıq edənləri sevmir. (Nisa Surəsi, 36)
Bütün bu ayələrdən aydın olduğu kimi, Allah insanlara, ana ataya qarşı daim xoşgörüşlü, anlayışlı, şəfqətli və hörmətli münasibət göstərmələrini nəsihət etməkdədir. Bununla bərabər Allah, ananın uşağı dünyaya gətirə bilmək və böyüdə bilmək üçün böyük çətinliklərə sinə gərdiyini xatırladaraq, onun üzərindəki əməyinə də diqqət çəkməkdədir:
Biz insana ata-anasının qayğısına qalmağı əmr etdik. Anası onu (bətnində) gündən-günə zəiflədiyinə baxmayaraq daşımışdır. Onun süddən kəsilməsi isə iki il ərzində olur. Mənə və valideynlərinə şükür et! Axır dönüş Mənədir. (Loğman Surəsi, 14)
Biz insana ata-anasının qayğısına qalmağı tövsiyə etdik. Anası onu (bətnində) əziyyətlə daşımış və əziyyətlə doğmuşdur. Onun (bətndə )daşınma və süddən kəsilmə müddəti otuz ay çəkir. Nəhayət, o, yetkinlik çağına yetişib qırx yaşa çatdıqda deyər: “Ey Rəbbim! Mənə, mənim özümə və valideynlərimə bəxş etdiyin nemətə şükür etmək və Sənin razı qalacağın yaxşı işlər görmək üçün ilham ver, nəslimi də mənim üçün əməlisaleh et. Mən Sənə tövbə etdim. Həqiqətən, mən müsəlmanlardanam!” (Əhqaf Surəsi, 15)
Həqiqətən də hər ana, uşağını dünyaya gətirə bilmək üçün aylar boyunca böyük fədakarlıqlara dözməkdədir. Allahın ayədə bildirdiyi kimi, çətinlik üstünə çətinliklə uşağını qarınında daşımaqda və ardından da onu çətinliklə dünyaya gətirməkdədir. Və sonra yenə böyük bir fədakarlıqla uşağın bəslənməsini də boynuna götürməkdədir. Allah bu gerçəkləri insana xatırlatmaqda və ananın çox qiymətli bir varlıq olduğuna diqqət çəkməkdədir.

Bununla yanaşı Allah, insanın ana və atasının göstərmiş olduğu bu fədakarlıqları unutmamasını, onlar möhtac hala gəldiklərində də, ana və ataya qarşı eyni gözəl əxlaq ilə davranılmasını nəsihət etməkdədir:
Rəbbin yalnız Ona ibadət etməyi və ata-ana ilə yaxşı davranmağı buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında qocalıq yaşına dolarsa, onlara: “Uf!” belə demə, üstlərinə qışqırma və onlara xoş söz söylə!Onların hər ikisinə rəhm edərək təvazökarlıq qanadının altına al və: “Ey Rəbbim! Onlar məni körpəliyimdən tərbiyə edib böyütdükləri kimi, Sən də onlara rəhm et!”– de. (İsra Surəsi, 23-24)
Bilindiyi kimi yaşlılıq, insanın bir çox baxımdan güc itirməsinə səbəb olur. İnsan gənclik illərindəki güclü, dinamik, sağlam və enerji dolu halının əksinə, qorunub gözlənilməyə, başqalarının baxımına və köməyinə möhtac hala gəlir. Möminlər Allahın əmri ilə, yaşlılığa çatdıqlarında da ana və atalarına qarşı son dərəcə şəfqətli, anlayışlı, hörmətli və xoşgörüşlü münasibətdə olarlar.

Allah Quranda möminlərin ana ataya qarşı göstərəcəkləri bu hörmətli münasibətin ölçüsünü də təyin etmiş və
“… Onlara uf belə demə, onları danlama, gözəl söz söylə” (İsra Surəsi, 23)
şəklində buyurmuşdur. Allah bu ayə ilə ana ataya qarşı edilə biləcək ən kiçik bir şəfqətsizliyi, ya da hörmətə uyğun olmayacaq bir rəftarı belə qadağan etmişdir. Allah, onlara qarşı daim gözəl söz deyilməsini və ‘uf’ belə deməyəcək qədər hörmətli davranılmasını əmr etmişdir. Bu səbəblə möminlər yaşlanaraq, qüvvədən düşmüş olan ana və atalarına qarşı son dərəcə etinalı, incə düşüncəli və haldan anlayan münasibət göstərirlər. Onları rahatlatdırmaq üçün əllərindən gələni edir, hörmətdə və sevgidə qüsur etməməyə çalışırlar. Yaşlılığın gətirdiyi çətinlik və sıxıntıları göz önündə saxlayaraq, onlar daha dilə gətirmədən bütün ehtiyaclarını hiss etdirmədən aradan qaldırmağa cəhd göstərirlər. Hər nə olursa olsun könül alıcı bir üslub istifadə edirlər.

Möminlər, ana və atalarının mənəvi baxımdan olduğu qədər maddi baxımdan da hər hansı bir əskiklik hiss etməmələri və çətinlik çəkməmələri üçün əllərindəki imkanları səfərbər edərlər. Allah,
Səndən (Allah yolunda) nə verəcəklərini soruşurlar. De: “Verəcəyiniz hər bir xeyir valideynlərə, qohum-əqrəbaya, yetimlərə, kasıblara və müsafirlərə aiddir. Siz nə yaxşılıq edirsinizsə, şübhəsiz ki, Allah onu bilir”. (Bəqərə Surəsi, 215)
ayəsiylə, möminlərin xeyir olaraq infaq edəcəkləri mallarında ana və atanın da haqqı olduğunu bildirmişdir. İman sahibləri, Allahın bu ayəsinə görə, ehtiyac içərisində olduqları təqdirdə, ana atalarının bu cəhətdəki ehtiyaclarını da ən gözəl şəkildə aradan qaldırmağa və onları bu yöndə də zəmanət altına almağa çalışarlar.
Hz. Yusufun ana atasına qarşı göstərmiş olduğu gözəl əxlaq, bu mövzuda bütün insanlar üçün gözəl bir nümunə meydana gətirməkdədir. Hz. Yusuf, Misir xəzinələrinin başına keçməsinin ardından ana və atasını ən gözəl şəkildə qarşılamış, hörmətini ifadə etmək məqsədiylə onları taxta çıxarıb oturtmuşdur. Allah Quranda Yusuf Peyğəmbərin bu davraışını belə bildirməkdədir:
Onlar Yusufun yanına gəldikdə o, ata-anasını bağrına basıb dedi: “Əmin-amanlıqla Allahın istəyi ilə Misirə daxil olun!”O, ata-anasını taxtın üstündə əyləşdirdi. Onlar (hamısı) onun qarşısında səcdə etdilər. O dedi: “Atacan! Bu, çoxdankı yuxumun yozumudur. Rəbbim onu gerçəkləşdirdi. O mənə lütf etdi. O məni zindandan çıxartdı və şeytan mənimlə qardaşlarımın arasına ədavət saldıqdan sonra sizi səhradan (yanıma) gətirdi. Şübhəsiz ki, Rəbbim istədiyinə qarşı lütfkardır. Həqiqətən, O, Biləndir, Müdrikdir. (Yusuf Surəsi, 99-100)
Quranda iman edənlərin dualarında da ana atalarını unutmadıqları, onlar üçün Allahdan bağışlanma və rəhmət dilədikləri xəbər verilmişdir. Ayrıca Quranda yer alan ayələrdən, peyğəmbərlərin də Allaha bu mövzuda dua etdikləri aydın olmaqdadır. Allah, Hz. Nuhun,
“Ey Rəbbim! Məni, valideynlərimi, evimə mömin kimi daxil olanları və (bütün) mömin kişi və qadınları bağışla! Zülmkarların isə ancaq həlakını artır.” (Nuh Surəsi, 28)
sözləriylə anası və atası üçün bu istiqamətdə dua etdiyini bildirmişdir.

Allahın Quranda bildirdiyi bütün bu ayələrdən aydın olduğu kimi, İslam əxlaqı, ana-ataya böyük əhəmiyyət və dəyər verməkdədir. Gəncliyində də, yaşlılığında da Allah, anaya qarşı göstərilməsi lazım olan hörmətlin və gözəl əxlaqın əhəmiyyətli bir mömin xüsusiyyəti olduğuna diqqət çəkmişdir. Ancaq Allah,
“Əgər onlar bilmədiyin bir şeyi Mənə şərik qoşmağın üçün (səni məcbur etməyə) cəhd göstərsələr, onlara güzəştə getmə! Dünyada onlarla gözəl davran. Mənə üz tutanların yolu ilə get! Sonra isə dönüşünüz Mənə olacaq, Mən də nə etdikləriniz barədə sizə xəbər verəcəyəm.” (Loğman Surəsi, 15)
ayəsiylə, Özünə qarşı üsyan yolunu seçdikləri və övladını da bu istiqamətdə hərəkət etməyə təşviq etdikləri təqdirdə ana və ataya itaət edilməməsini nəsihət etmişdir. Ancaq İslam əxlaqının gərəyi olaraq, Allah, bu vəziyyətdə də yenə onlara qarşı hörmətdə qüsur etmədən, dünya həyatına aid mövzularda onlara yaxşılıqla davranılmasını əmr etmişdir.

http://meqaleler.blogspot.com


more post like this