Amerikalı kişi və ya qadın evləndikləri vaxt izdivac əqdini oxuya bilən bir şəxsi vəkil tuta bilərlər. Əqd oxunduqdan sonra bu izdivac qanuni olur. Belə bir vəkil tapmaq çətin olduqda kişi və qadın izdivac əqdlərini özləri oxuya bilərlər. Hətta ərəb dilini bilmədikləri vaxt izdivac əqdini ingilis dilində də oxumaq olar. İslamda qadın üçün mehriyyə təyin olunması vacib deyil. Amma mehriyyə təyin olunmamış, nikah bağlanarsa, qadın sonradan istədiyi bir məbləği kişidən tələb edə bilər. Mehriyyə təyin olunması zəruri olsa da, qadın mehriyyəni ərinə bağışlaya bilər. NUR-AZ.COM


more post like this