Əli (Əleyhissalam)-In PeyğƏmbƏr sƏllƏllahu ƏLEYHi vƏ alihi vƏ SƏLLƏMƏ olan bağlIlIğI
Xain insanların qurduğu müxtəlif hiylələr nəticəsində İraq ordusunun qəlbi Əli (əleyhissalam)-a qarşı nifrətlə dolmuşdu. Öz asayişlərini təmin etmək xatirinə Əli (əleyhissalam)-ın xəttində hərəkət etməyə nail olmayan həmin adamlar gərəksiz sülh və müqavilə bağlamağı müharibədən üstün sayırdılar. Bu vaxt Əli (əleyhissalam)-ın zalımlarla müharibə etməkdən ötrü camaata öz fəzilətlərindən bəyan etməsi, habelə Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləmla olan qırılmaz əlaqəsini xatırlamağı lazım idi. Belə ki, düşmənlərin zəhərli təbliğatları təsirsizləşərək məhv olsun və haqq arayıb Allahdan qorxan adamlar onun ətrafına toplaşaraq fasidlərin məhvində və hər cür fəsadın yox edilməsində Həzrətə kömək etsinlər. Həzrət, Peyğəmbər yolunda candan keçməyə hazır olduğunu və onunla olan bağlılığı barədə belə buyurdu: “İxlaslı əshab və nübüvvətin sirrini saxlayanlar yaxşı biirlər ki, mən hətta bir dəqiqə olmuş olsa belə Allah və peyğəmərə qarşı çıxmamış, əksinə, həmişə canımdan keçməyə hazır olmaqla müharibə səhnələrində o Həzrətin hüzurunda hazır olmuşam. Mən olduğum cəbhələrdə qorxudan qəhrəmanların qıçları əsib, titrəyir qaçmağı qalmaqdan üstün və vacib sanırdılar. Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləmin yolunda olan hazırlığımla o Həzrətə demək olar ki, sözün əsl mənasında qardaşlıq etdim. Allah isə məni bu müvəffəqiyyətimə görə əziz sandı. Peyğəmbərin başı sinəm üstündə olduğu zaman ruhu bədənindən uçub qəlbi həmişəlik dayandı. Bu zaman əlimi üzünə çəkdim. Həzrətin bədəninə qüsl verdiyim zaman bu işdə mələklər də mənə kömək edirdilər. Onun vəfatı ilə əlaqədar hətta evinin qapısı və divarları belə nalə və fəryada gəlmişdilər. Mələklər dəstə-dəstə yerə enib göyə qalxmaqda idilər, və mənim qulaqlarım onların Həzrətə qıldıqları namazın ahəstə səsindən dolmuşdu, o vaxta qədər ki, onu torpağa tapşırdım. İndi deyin görüm, kim Peyğəmbərə həm diriliyində həm də rehlətindən sonra daha yaxın və layiqli idi. (Buna görə də mən onun xəttində hərəkət edir, o Həzrətin yolunu davam etdirirəm). Uzaq görənlik və ağlınızla cihada sarı hərəkət edin. Öz niyyətinizi əməl və cihad yolunda mübarizə etməklə doğruldun!
“And olsun tək Allaha, mən haqq yolundayam, lakin onlar (müxaliflər) yollarını azaraq batil uçuruma yuvarlanacaqlar. Özümə və sizə Allahdan bağışlanmağımızı arzu edirəm.”
“NƏhCül-BƏlağƏ”- heKayƏtlƏri

 


more post like this