MüşriKlƏrin tƏrsliyi
Besətin başlanğıcında Qüreyş başçılarından və şirk qabaqcıllarından bir dəstə adam Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləmin hüzuruna gəlib dedilər:
“Ey Muhəmməd! Sən elə bir iddia etmisən ki, atalarından və ailəndən heç biri belə bir iddianı (Peyğəmbərlik iddiasını) etməmişdir.”.
Biz səndən bir möcüzə görmək istəyirik. Əgər yerinə yetirsən sənin haqq Peyğəmbər olub öz iddianda sadiqliyinə inanacaq, əks halda isə cadugər və yalançı olduğunu biləcəyik-dedilər: (köhnə və yoğun bir ağaca işarə edib) dedilər: “Bu ağacı səslə, qoy öz kökündən çıxıb irəli gələrək müqabilində dursun.”
Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləm buyurdu: Allah hər şeyə qadirdir. Əgər Allah sizin bu istəyinizi yerinə yetirsə ona iman gətirəcəksiniz? Dedilər: Bəli
Buyurdu: Tezliklə sizin istədiyinizi sizə göstərərəm, amma mən bilirəm ki, siz səadətə doğru qayıtmayacaqsınız. Sizin aranızda elə bir adam vardır ki, Bədr quyusunun (Bədr müharibəsindən sonra) içərisinə atılacaqdır. Eləcə də biri də vardır ki, hizblər müharibəsini ortaya salacaqdır. Bunu dedikdən sonra Həzrət həmin ağacı səslədi. “Ey ağac! Əgər Allah və cəza gününə imanın varsa, əgər məni Allahın Peyğəmbəri bilirsənsə, Allahın izni ilə kökünlə birgə yerdən çıx və qarşımda dur.”
İmam Əli (əleyhissalam) buyurur: “And olsun o Allaha ki, Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləmi haqla məbus edib, ağac kökü ilə birgə yerdən çıxıb qabağa gələrək şiddətlə səslənir, uçan quşlar kimi budaqlarını yellədirdi. O öz budaqlarından bəzisini Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləmin üstünə saldıqda mən də Həzrətin sağ tərəfində durmuşdum.”
Qüreyş başçıları bu vəziyyəti müşahidə etdikdə təkəbbür və qürur üzündən dedilər:
“Ağaca əmr et ki, yarısı qabağa gəlib başqa yarısı isə öz yerində dursun.” Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləm həmin əmri verdikdə ağacın yarısı qəribə vəziyyətdə uca səslə elə yaxınlaşdı ki, az qaldı Həzrətə yapışsın.
Şirk başçıları yenə də təkəbbür və qürur üzündən dedilər:
Əmr et ki, ağacın bu yarısı qovuşsun! Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləm həmin əmri verdikdə ağac yenə də əvvəlki vəziyyətinə qayıtdı. Əli (əleyhissalam) buyurdu: “La ilahə illəllah. Ey Peyğəmbər! Mən ilk nəfərəm sənin Peyğəmbərliyinə iman gətirirəm. İlk nəfərəm ki, bu ağacın Allah fərmanı ilə sənin nübüvvət və dəvətini böyük tutmaq üçün istədiyini yerinə yetirməsini etiraf edirəm.” Amma şirk və Qüreyş başçıları dedilər:
“Muhəmməd sehrbaz və yalançıdır. Onun qəribə sehri vardır ki, öz sehrində böyük məharət sahibidir.” Və dedilər: Görəsən Muhəmməd səlləllahu əleyhi və alihi və səlləmin Peyğəmbər olmasını mənim kimilərdən başqa (mənə işarə) kim təsdiq edir?! Amma mən isə məzəmmət edənlərin məzəmmətindən qorxan deyiəm. Belə adamların siması sadiqlərin simasıdır. Onların dedikləri yaxşıların dedikləridir. Gecəni səhər edənlər günün işıq bağışlayanlarıdırlar. Quranın xəttini eləcə də Peyğəmbərin sünnətini əbədi yaşadanlar onun yolu ilə gedənlərdən olurlar. Onlar təkəbbür, qürur, fəsad və xəyanətdən uzaq olurlar, qəlbləri behiştdə, qədəmləri isə İlahi vəzifə və məs”uliyyəti yerinə yetirməkdədir. Bu idi tarixin dilavər, mərd qissəsi. Söz və bəyan əmiri, iman və səlabət sahibi Əli (əleyhissalam)-ın çöhrəsi gül kimi təravətli, polad təki möhkəm və əyilməz şəmşir, şəffaf bulaq kimi qələbəyə malik idi.
“NƏhCül-BƏlağƏ”- heKayƏtlƏri

 


more post like this