Hillədə Cəmaləddin Zuhdəri adında bir şəxs iflic olur. Qohum-əqrəbaları onu bir çox həkimlərə göstərsələr də, heç bir nəticə əldə edilmir. Müalicələr bir nəticə vermədikdə və hamı mə`yus olduqda, qərara gəlirlər ki, onu Hillədəki “İmam Zaman məqamı”na aparsınlar. Onlar belə də edirlər və İmam Zaman (ə) onun qarşısında zahir olub Allahın izni ilə ona şəfa verir. Mərhum Məclisi Əbdürrəhman Ommanidən nəql edərək deyir:

 

Bu əhvalat camaat arasında yayıldıqda, mənimlə Cəmaləddin arasında sıx dostluq münasibətlərimiz olduğundan onun evinə gedib baş verənləri onun öz dilindən eşitdim. O, baş verənləri belə xatırladı:

 

Mə`lum olduğu kimi, mənim iflic olduğumdan siz də xəbərsiz deyilsiniz. Nəhayət, qohum-əqrəbam məni İmam Zaman (ə)-ın məqamına apardılar. O gecə çox keçmədi ki, bir də gördüm Həzrət məqamın qapısından daxil oldu. Mən ona salam verdim. O da məhəbbətlə salamımın cavabını verib buyurdu: Qalx ayağa! Dedim: Ağa, bir ildir ki, yerimdən ayağa dura bilmirəm. Yenə buyurdu: Allahın iznilə qalx ayağa! Sonra qolumun altına girib mənə ayağa qalxmağa kömək etdi. Mən də, sanki heç bir xəstəlik yoxmuş kimi ayağa qalxdım. Elə bil ki, heç iflicə düçar olmamışdım. Bundan sona İmam Zaman (ə) bir göz qırpımında qeybə çəkildi. Camaat bu hadisədən xəbərdar olub başıma toplaşdılar və hərə bir tərəfdən təbərrük olaraq əyinimdəki paltarlarımı parça-parça edib apardılar.[18]

 

İMAM ZAMANLA GÖRÜŞƏNLƏR – kitabında…

 

 

 

 


more post like this