DÖRDÜNCÜ ƏSAS

İMAMƏT

 

İmamlıq, Allah elçisinin İslam ümməti üzərində dini və dünyəvi xilafəti deməkdir. İmam, Allahın izni ilə İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) tərəfindən təyin olunmalıdır.  Ona görə ki, belə bir məsuliyyəti qəbul edəni Peyğəmbər (səlləllahu əleyhi və alehi və səlləm) daha yaxşı tanıyır. Həmin səbəbdən tarixdə peyğəmbərlərin özlərindən sonra canişinlərini təyin etdiklərini müşahidə edirik. Allah peyğəmbəri Musa (əleyhissalam) Yuşəbni Nunu öz canişini tə`yin edir. Allah peyğəmbəri Davudun oğlu Süleyman (əleyhissalam) Asif ibini Bərxiyanı öz canişini tə`yin edir. Allah peyğəmbəri İsa (əleyhissalam) həvariləri öz canişini təyin edir.

İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) peyğəmbərliyin e`lan edəndən sonra Əhəd ibni Amir  Həzrətdən soruşur: Biz Sizin bütün əmrlərinizə tabeyik. Ya Rəsuləllah! Allah sizə sizdən sonra canişin tə`yin edibmi? (Yə`ni imamət) Həzrət cavabında buyurur: “Bəli təyin olunub. Allah istədiyin bu məqama seçər!…!”[1]

Həmçinin İslam Peyğəmbərini (səlləllahu əleyhi və alehi və səlləm) peyğəmbərliyə seçilən vaxtda Allah-taala tərəfindən öz canişinlərini də tə`kidlə elan etməsi mə`lum olur. Başqa yerdə islam Peyğəmbərini (səlləllahu əleyhi və alehi və səlləm) öz canişinlərinin təkbətək adlarını da deməsi tarixdən mə`lumdur. Onlar, İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alehi və səlləm) Əhli-Beytidir (əleyhissalam). On iki nəfərdirlər. Birincisi imam Əli ibni Əbi Talib (əleyhissalam) və sonuncusu imam Mühəmməd ibni həsən Əl-Məhdi Müntəzərdir. (Allah zühurunu tezləşdirsin).

 

İSLAM PEYĞƏMBƏRİNİN (səlləllahu əleyhi və alehi və səlləm) ƏHLİ-BEYT (ƏLEYHİMUSSALAM)-IN İMAMLIĞI BARƏSİNDƏKİ HƏDİSLƏRİNDƏN

Müsəlman alimlərinin əksəriyyəti Əhli-Beytin (əleyhissalam) imaməti barəsində İslam Peyğəmbərindən(səlləllahu əleyhi və alehi və səlləm) çoxlu  hədislər nəql ediblər. Onlardan bə`zilərinə işarə edirik:

  1. 1.      SƏQƏLEYN HƏDİSİ: (İKİ AĞIR ƏMANƏT) –

      أيها الناس إني قد تركت فيكم ما إن أخذتم به لن تضلوا بعدى : الثقلين وأحدهما أكبر من الاخر ؛ كتاب الله حبل ممدود من السماء إلى الارض وعترتي أهل بيتي وانهما لن يفترقا حتى يردا علي الحوض  فانظروا كيف تخلفوني فيهما

   “Ey müsəlmanlar! Mən sizin aranızda iki qiymətli əmanət qoyub gedirəm. Əgər onlardan yapışsanız məndən sonra yolunuzdan azmazsınız.  İki böyük əmanətdən biri göylərdən yerə qədər yetən Allahın kitabı Qur`an, digəri isə Əhli-Beytimdir. Bu iki əmanət Qiyamətdə hövzu Kovvsərdə mənə yetişənə qədər bir-birində ayrılmaz! Baxın görüm onlarla necə rəftar edəcəksiniz?”[2]

 

 

 

 

  1. 2.      SƏFİNƏ HƏDİSİ: (GƏMİYƏ BƏNZƏR) –

 

     انما مثل اهل بيتي فيكم كمثل سفينة نوح، من ركبها نجا و من تخلف عنها غرق

 

“Mənim Əhli-Beytimin misalı sizin aranızda Nuhun gəmisinə bənzər. Hər kim mindisə nicat tapdı, amma hər kim dala qalsa həlak olar!”[3]

 

  1. 3.      İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) buyurur: Məndən sonra on iki imam olar və hamısı da qureyşdən olar.[4]

 

ON İKİ İMAMLAR

  1. İmam Əli ibni Əbi Talib (əleyhissalam)
  2. İmam Həsən ibni Əli ibni Əbi Talib (əleyhissalam)
  3. İmam Hüseyn ibni Əli ibni Əbi Talib (əleyhissalam)
  4. İmam  Əli ibni Hüseyn Zeynal-Abidin (əleyhissalam)
  5. İmam Mühəmməd ibni Əli əl-Baqir (əleyhissalam)
  6. İmam Cə`fər ibni Mühəmməd  Əs-Sadiq (əleyhissalam)
  7. İmam Musa ibni Cə`fər əl-Kazim (əleyhissalam)
  8. İmam Əli ibni Musa ər-Riza (əleyhissalam)
  9. İmam Mühəmməd ibni Əli əl-Cavad (əleyhissalam)
  10. İmam Əli ibni Mühəmməd əl-Hadi (əleyhissalam)
  11. İmam əl-Həsən ibni Əli əl-Əsgəri (əleyhissalam)
  12. İmam Mühəmməd ibni əl-Həsən, əl-Məhdi əl- Müntəzər (əleyhissalam)

 

Bizim on iki imamlarımız bunlardır. Ona görə də Haqq məzhəb olan şiə məzhəbinə “on iki imamçı şiələr” məzhəbi deyirlər.

Bunlardan başqa heç bir Əli övladlarına, saleh şəxslərə və alimlərə Allah dərgahında hansı məqamda olurlarsa olsunlar “imam” ləqəbi ilə müraciət doğru deyildir. Məsələn, həzrət Əli (əleyhissalam)-ın oğlu həzrət Abbasa, Həmzəyə və Hadi adlı övladlarına “imam” – deyilməsi düzgün deyildir.

Doğrudur ki, bə`zi vaxtlar bə`zi alimlərə də “imam” sözünü nisbət verirlər. Bu sözlə məqsəd həmin mə`sum və xəlifə nəzərdə tutulmur. Bəlkə də dahi alim və rəhbər kimi şeylər nəzərdə tutulur. Bə`zi vaxtlər belə sözlərə görə ixtilaflar da olur. Bu ixtilaflardan çəkinmək lazımdır.

ƏQİDƏMİZ NƏDİR? (ON DƏRS) KITABI

 



[1] Tarixli-üməm vəl-muluk. 2-ci cild. Səh-84.

[2] Camius-Səhih, Termizi, 5-ci cild, səh-663.

[3] Biharul-Ənvar, 23-cü cild, səh-105. Kənzül-Ümmal, 12-ci cild, səh-94.

[4] Əs-Simratul-Müstəqim, 2-ci cild, səh-100.


more post like this