Məsələ 1747: Hər bir müsəlmana adətən ehtiyac duyduğu alver məsələlərini öyrənmək vacibdir. Bu hökmləri camaata öyrətmək də alimlərə vacibdir.
Vacib və müstəhəb müamilələr
Məsələ 1748: Həyat yoldaşı və uşaqlarının xərclərini ödəyə bilməyən şəxslərin ticarət, əkinçilik, sənət və s. vasitələrlə (onların) məişətlərini təmin etmək, həmçinin, rejimin qorunması, İslam cəmiyyətinin ehtiyaclarını ödəmək üçün çalışmaları, işləmələri, qazanc əldə etmələri vacibdir. (Sözü keçən işlər) başqa hallarda, xüsusi ilə, fəqirlərə kömək, ailənin rifahını genişləndirmək üçün təkid edilmiş müstəhəbdir.
Müamilələrin hökmləri
Məsələ 1749: Satıcının malın qiymətində müştərilər arasında fərq qoymaması, çətinlik yaratmaması, and içməməsi, müştəri peşman olub ondan müamiləni pozmasını xahiş edəndə qəbul etməsi müstəhəbdir.
Məsələ 1750: İnsan əncam verdiyi müamilənin səhih va ya batil olduğunu bilmədikdə aldığı malı işlədə bilməz. Lakin müamiləni icra edə bilər, amma malı işlətməzdən öncə, onun hökmünü soruşub, hökmə uyğun əməl etməlidir. Müamilə zamanı onun hökmünü bilib, müamilədən sonra düzgün icra edib-etməməsində şəkk etsə, onun müamiləsi düzgündür.
Məkruh müamilələr
Məsələ 1751: Əksər fəqihlər aşağıda qeyd edilən müamilələri məkruh bilmişlər və onlardan çəkinmək yaxşıdır:
1-Sərraflıq və insanı sələmçiliyə və yaxud hər hansı bir haram əməllərə sövq edən işlər; 2- Kəfən satmağın peşə halı alması; 3- Alçaq, zahirdə mallarının halal olmalarına baxmayaraq, müamilələri şübhəli olan şəxslərlə müamilə etmək; 4- Sübh azanı ilə günəşin doğuş arasında müamilə etmək; 5- Bir malı almağa başlayan şəxsin müamiləsi bitməmişdən öncə başqa birisinin müamiləyə müdaxiləsi.
həzrət Ayətullahül-üzma Məkarim Şirazinin Şəriət risaləsi

 


more post like this