Uşaq Klubunun direktoru Aişə Doğan yarışmanın açılış mərasimində uşaqlara Quranı sevdirmək və gənclərə tanıtmaq üçün belə bir yarışma proqramı tərtib etdiklərini söyləyib. Aişə Doğan bildirib ki, özümüz Qurani-Kərimdə yazılanlara əməl etməli və övladlarımıza da bunları aşılamalıyıq. Ölkənin müxtəlif bölgələrindən gələn uşaqlara yarışda hansı surələrin əzbərlənməsi barədə məlumat verilib. Yarış 3 saat davam edib. Yarışmanın sonunda qaliblərə diplomlar təqdim olunub. Yarışın bağlanış mərasimində isə yarışa qatılan bütün uşaqlara müxtəlif hədiyyələr verilib.
/Deyerler/

islamtimes.org


more post like this