Allahu Əkbər”in mənası

– Allah bizim düşüncə və xəyalımızdan daha

böyük və ucadır.

– Allah bütün şeylərdən daha böyükdür.

– Allah bütün varlıqlardan, o cümlədən:

duyduğumuz maddi aləmdən, mələklərdən və

qeyri-maddi (mələkuti, metafiziki)

mövcudatdan daha üstündür.

– İmam Sadiq (əleyhis-səlam) buyurur: “Elə ki,

başlanğıcda təkbir (Allahu Əkbər) deyirsən

gərək ondan (Allahdan) başqa bütün varlıqlar

sənin nəzərində kiçilsin.”

– Hər “Allahu Əkbər”, Allahın böyüklüyü

duyğusunu insanın vücudunda genişləndirir

və onu ülvi dərəcələrə nail edir.

– Hər vaxt namazda münacatın şirinliyini

daddınız bilin ki, sizin təkbiriniz Allah-təalanın

qəbul və təsdiq məqamındadır.

– “Allahu Əkbər” bir kəlmədir ki, müsəlman

körpə doğumunun başlanğıcında azan və

iqamə ünvanı vasitəsilə eşidir.

– Və ən axırıncı bir kəlmədir ki, ölüyə oxunur.

– Birinci və yeganə bir zikrdir ki, hər namazda

vacibdir və həm də namazın rüknüdür.

 

 

 

 

 

Qadinlar.biz

 

 

 

 

 

 


more post like this