Qeyd olunduğu kimi, Allah-təalanın varlığına ən aydın sübut varlıq aləminin obyektiv nizamlı quruluşa malik olmasıdır. Kainatın hansı nöqtəsinə nəzər salsaq, ölçü və nizamla rastlaşarıq. Nizamlı quruluşa malik olan hər bir mövcud alim və qadir bir yaradıcıdan danışır.
Varlıq aləmini idarə edən və ona nəzm verən yaradıcının onu heçdən yaratması ayrıca bir mövzudur. Bu mövzu allahşünaslıq bəhslərində maddənin əzəli olmaması yolu isə sübut edilmişdir. Maddənin əzəli ola bilməməsi sübuta yetdikdən sonra aydın olur ki, maddə kiminsə tərəfindən yaradılmışdır. Demək, nizamlı quruluş dəlili yalnız Allahın hakimiyyətini sübut etmək üçündür. Amma varlıq aləminin heçdən yaranması maddənin əzəli olmaması yolu ilə sübuta yetirilir.
Fəlsəfədə maddənin sonradan yaranması fəlsəfi dəlillərlə sübuta yetirilmişdir. Termodinamikanın ikinci qanununun kəşfindən sonra (varlıq aləminin, eləcə də mövcudların hərarətinin düşməsi) maddənin sonradan yaranması təbiət elmlərinin qəti qənaətlərindən biri oldu.
Bu mövzuda xülasə bir söhbət
Maddənin sonradan yaranmasını təbiət elmləri vasitəsi ilə ilkin sübut edən şəxs İsaak Nyuton olmuşdur. O öz mütaliələrindən belə bir nəticəyə gəlmişdir ki, varlıq aləmi nizamdan nizamsızlığa doğru hərəkətdədir və elə bir gün gələcək ki, bütün cisimlərin hərarətləri bərabərləşəcək. Nyuton deyilənlərə əsaslanaraq, qərara gəlmişdir ki, varlıq aləmi sonradan yaranmışdır. Onun temperatur, hərarətlə bağlı araşdırmalarından məlum olmuşdur ki, temperatur dəyişiklikləri zamanı onun bir hissəsi istifadəsiz şəkilə düşür, yəni itkiyə gedir. İtkiyə getmiş enerjini yenidən yararlı vəziyyətə qaytarmaq mümkünsüzdür. Termodinamikanın ikinci qanunu yuxarıda deyilənləri təsdiqləyir.
Məşhur Avstriya fiziki Lüdviq Boltsman öz dərin düşüncəsi və geniş riyazi məlumatı sayəsində müəyyənləşdirdi ki, termodinamikanın ikinci qanunu hərəkət və ötürmələr zamanı ümumi nizamın bir hissəsinin itməsini göstərir. Ümumi gedişatda enerjinin bir qisminin itməsi ilə zərrələrdəki nizamın da müəyyən hissəsi itirilir.
Termodinamika enerjinin çevrilməsinin ümumi qanunlarını öyrənən elmdir. Termodinamikanın birinci qanununa görə qapalı sistemdə enerji saxlanılır və bir növdən o birinə çevrilir. Söhbətimizdə xatırladığımız termodinamikanın ikinci qanunu həm də “entropiya” qanunu adlanır. Bu qanuna görə istilik işə çevrilərkən ona məhdudiyyət qoyulur, yəni itki labüddür. Termodinamikanın üçüncü qanununa əsasən, mütləq sıfır almaq mümkünsüzdür. Söhbətimizdə entropiya, yəni termodinamikanın ikinci qanununu nəzərdən keçiririk. Bu qanunua görə istilik isti cisimdən soyuq cismə doğru hərəkətdədir. Bu cərəyan özbaşına, nizamsız gerçəkləşmir.
Əslində entropiya istifadəyə yararlı enerjinin istifadəyə yararsız enerjiyə nisbətidir. Digər bir tərəfdən entropiya artmaqdadır. Əgər varlıq aləmi əzəli, başlanğıcsız olsaydı, çox-çox qədimdən cisimlərin hərarəti bərabərləşərdi və istifadəyə yararlı enerji qalmazdı. Nəticədə heç bir kimyəvi reaksiya getməz, həyat davam tapmazdı. Amma gördüyümüz kimi, kimyəvi reaksiyalar gedir, həyat çağlayır.
Nəticə: həyat elə bir istiqamətdə dəyişir ki, getdikcə cisimlər hərarətini itirir və yararlı enerjilər tükənir. Əgər varlıq aləmi əzəli, başlanğıcsız olsaydı, bütün enerji mənbələri, eləcədə günəşin enerjisi çoxdan tükənməli idi. Eyni zamanda günəş sistemində olan bütün planetlər, eləcə də yer kürəsi müdhiş ölümə məhkum olmalı, heç bir radioaktivlik müşahidə edilməməli idi.


more post like this