Allah varlığı haqda söhbət açıb onun varlığını isbat etdikdən sonra Onun təkliyinə aid olan sübutları diqqətinizə çatdırırıq:

 

Ağıl yolu:

 

Heç bir sağlam ağıl və düşüncə sahibi bu kainatın iki, yaxud daha çox Allahı olmasını təsdiq etməz.

 

Çünki xalis olan bir həqiqətdə «çoxluq» məfhumunun mə’nası yoxdur. həmçinin nəhayətsiz varlıq üçün şərik qoşmaq da düzgün deyildir.

 

Bütün bunlardan əlavə biz iki Allaha əqidə bağlasaq, bu iki Allahın müəyyən bir məkanda olduğunu da qəbul etməliyik. Lakin Allahın hər hansı bir məkanda olduğunu desək, Onun cisim olduğunu da qəbul etməliyik. Cisim isə mürəkkəbdir və onun yaradana ehtiyacı vardır.

 

Allah-təala nəhayətsiz bir həqiqət və varlıq olaraq heç bir şeydən tərkib tapmamış heç bir məkanda deyil və heç bir xaliqin məxluqu da sayılmır.

 

Ayə və hədislər:

1-Ənbiya surəsi, ayə 22:

 

«Göylərdə və yerdə (bu kainatda) bir olan Allahdan başqa ayrı bir Allah olsaydı, onların nizam-intizamı bir-birinə dəyib aradan gedərdi.»

 

2-Tovhid surəsi, ayə1-4.

 

Bağışlayan və mehriban Allahın adı ilə. (Ey peyğəmbər!) De ki, Allah birdir və Hər bir şey ona möhtacdır. O nə doğmuş nə də doğulmuş və heç bir şey ona tay ola bilməz.

 

Bu haqda nəql olunmuş bir neçə hədis:

 

1-Səhabələrdən biri Həzrət İmam Sadiq (əleyhis-salam)-dan soruşdu:

 

Allahın birliyinə olan sübut nədir? həzrət imam Sadiq (əleyhis-salam) cavabında buyurdu: (Kainatda mövcud olan) tədbir, həmahənglik və xilqətin kamilliyi (Allahın təkliyi üçün sübutdur).

 

həzrət İmam Sadiq (əleyhis-salam) daha sonra bu ayəni oxudu: Göylər və yerdə (bu kainatda) bir olan Allahdan başqa ayrı bir Allah olsaydı, onların nizam-intizamı bir-birinə dəyib aradan gedərdi.[12]

 

2-həzrət Əmirəl-Mö’minin imam Əli əleyhissalam oğlu həzrət imam Həsən əleyhissalama yazdığı məktubda buyururdu:

 

«Oğlum! Bil ki, Alllahın şəriki olsaydı, (o Allah da) öz peyğəmbərlərini göndərər və sən onun iqtidar və hökumətinin əsərlərini müşahidə edib sifətlərini (xüsusiyyətlərini) tanıyardın. Lakin (bir olan Allahın) özünü tanıtdırdığı kimi, o vahid Allahdır…»[13]

Beləliklə istər ağıl, istərsə də ayə və rəvayətlərdən belə başa düşülür ki, bu kainat varlıqlarının yalnız və yalnız bircə Allahı və xaliqi vardır. Allaha şərik qoşmaq isə mə’nasız və düşüncəsiz bir işdir.

 

 

muselman.ws

 


more post like this