ARTIG ALLAH ISTEYEN KIMI,PEYGEMBER VE IMAMLAR GOSTERDIYI YOLLA GEDIREM.HER HEREKETIMI VE GUNUMU PROGRAMLAWDIRMIWAM.ORUC,NAMAZ,SEDEGE,QURAN,EMR BI MERUF VE.S BUTUN IBADETLERI YERINE YETIRIREM. AMMA… AXIR 1 AYDA GUNAHLARIMI DEMEK OLARKI TAMAMI ILE AZALTMIW HEDDE OZUME MEQAM QAZANMIWDIM.LAKIN ICIMDE GERIBE BIR WEY YARANIB.SANKI OZUMDEN ASLI OLMAYARAQ MENDE KAFIRLIK VE KUFR YARANIR.BI IXTIYARI MENE KUFRE APARAN TELGINLER DEYILIR.MENIM ELIMDE OLMAYAN BIR WEY ICIMDEN EWIDILIR.KUFRE DUWMEYE QORXURAM. YAGIN MENI BAWAQ DUWDUZ,ZEHMET OLMASA MENE KOMEK EDIB CARE GORSEDESINIZ.. ZEHMET OLMASA BUNU SAYTDA DERC ETMEYIN,IMANI ZEIFLERE TESIR EDER.
Cavab:
Bismillahir-rəhmanir-rəhim.
Sizə Allahın salam və rəhməti olsun.

Ayətullah Safi Gülpayqani bir suala cavab olaraq fikri çaşqınlıqla mübarizə aparmağın yolunu göstərib.
Bu sual və cavabın tam mətnini təqdim edirik. İnşallah, bunlara əməl etməklə düşdüyünüz durumdan xilas olacaqsınız:
Hörmətli Ayətullah Safi Gülpayqani cənablarına
Salam!
Lütfən şeytanın vəsvəsələrindən, xüsusi ilə fikir çaşqınlığından amanda qalmaq üçün bir yol və ya zikir qeyd edəsiz.
Bismillahir-rəhmanir-rəhim
Əssalamu ələykum və rəhmatullah.
Bu, keçici bur haldır. Çaşqınlıqlara etinasız yanaşılsa həll olacaq. Allaha təvəkkül və Əhli-beytə (ə) təvəssül etməklə fikri çaşqınlığın qarşısını alın. “La ilahə illallah”, “La həvlə və la quvvətə illa billahil əliyyul əzim” və salavat zikirlərini çox deyin. Hər gün Quran oxuyun və həmişə dəsnamazlı olun. İnşallah, bu problem həll olacaq.

Sual:
(2 Assalamu aleykum insanin Allaha yaxinlasmaq ucun musteheb emellerden yazardiniz ne edek ki teqvali olaq Allaha heqiqi bende olaq zehmet omasa irfan ehillerinden olan insanlarin gosterislerinden yazardiniz gosterisler bir necedene yazardiniz Allaha yaxinlasmaq ucun peqamberimizden hedis varki insan 40 gun gunah etmese Allah onun qelbinde iman nurunu isiqlandirar ne qeder ceht elemisemse Alinmayib uzaqi bir hefteden oyana kece bilmemisem yeqinki bu menim iradeszidiyimden teqvali olmamaqimdan ireli gelir Allahi qoyub seytana teref qaciram bile bileki Allah haqdir nahaq olan seytana teref qaciram insallah sizlerden komek gozleyirem Allah razi olsun
Cavab:
Bismillahir-rəhmanir-rəhim.
Sizə Allahın salam və rəhməti olsun.

Allaha həqiqi bəndə olamq üçün Əllam ə Təbatəbainin aşağıdakı tövsiyələrinə əməl edin:

“İstədiyinə çatmaq üçün sənə güclü iradə lazımdır, tövbə et. Tövbəni qoru, özünlə hesablaş. Hər gün sübh vaxtı yuxudan oyandıqdan sonra qarşılaşdığın hər bir əməldə adı uca olan Allahın razı olduğunu yerinə yetirməyə çalış. Belə olarsa, yerinə yetirəcəyin hər bir əməlin əvvəlində məqsədin axirət xeyrini əmələ gətirmək olacaq. Axirət üçün xeyirli olmayan əməli yerinə yetirməyəcəksən. Beləcə, bu hala gecə yatanadək davam edəcəksən. Yatan zaman xəyalında dörd-beş dəqiqə gün boyu yerinə yetirdiyin hər bir əməlin müqabilində şükür et. Bunun əksinə olan hər bir hər bir əmələ görə isə istiğfar et. Bunu mütəmadi olaraq hər gün yerinə yetir. Bu iş çətin və nəfsə acı görünsə də xilas olmağın açarıdır. Bacararsansa, yatmazdan öncə “Müsəbbihat”, “Həddid”, “Həşr”, “Səf”, “Cümə” və “Təğabun” surələrini, bacarmadığın təqdirdə isə ən azından, “Həşr” surəsini oxu. ( İyirmi gündən sonra səndə dəyişikliklər olacaq, inşallah)”.

Sual:
(3 SALAM ALEYKUM VE RAHMETULLAHI VE BARAKATUH.xahish edirem ,sualimi cavablandirasiz.eshidmishem ki,receb ve shaban aylarinda oruc tutmaq cox feziletli emeldir.mexsusen qeza oruclari.eger bir kesin qeza orucu varsa,onu bu aylarin hansi gunlerinde tutsa daha feziletlidir?cox saq olun,ALLAH sizlerden razi olsun
Cavab:
Bismillahir-rəhmanir-rəhim.
Sizə Allahın salam və rəhməti olsun.
Qəza oruclarınızı istədiyiniz gün tuta bilərsiniz.

haqyolu.com


more post like this