Cavab: Salam olsun haqq yolda olanlara!
Bəli, hədisdə var, Yəqub peyğəmbər Misrə gələndə Hz. Yəqub tez düşür atdan əlbətdə Hz. Yusifin gec düşməyi təkəbbürlikdən deyildi və heçdə günah etmədi. Sadəcə tərke övla (ən yaxşı işi tərk) etdi. Hədis İmam Sadiqdəndir (ə). Kafi, Kuleyni, cild 2 səhfə 310.
Haqq yolda sizə müvəffəqiyyət diləyirik.
SALAM men cox sustlewmisem axir vaxtlar elave ibadet ede bilmirem qelbimde qaralib goz yasi toke bilmirem bilmirem ne edim helelik vacibleri edmeye calsiiram birde elave ibadet ede bilmirem bunun yerine anama komek etsem olar ev islerinde yeni buda iabdet kimi sayilr?
Cavab: Salam olsun haqq yolda olanlara!
Allaha bəndəlik və ibadət bəşərin ən böyük fitri ehtiyacının təminatçısıdır və insanın inkişafı, kamilliyi bu bəndəliklərin sayəsində müyəssər olur. İnsan bu bəndəliklə kamala əl tapır. İbadət ixtiyari və insanın istək və iradəsi ilə həyata keçən bir iş olduğu üçün insanın daxilində onu bu işə sövq və vadar edən müəyyən məqsəd və hədəfi olmalıdır. İbadəti iki növə ayırmaq olar:
1. Xass mənada olan ibadət ki, namaz, oruc, həcc və s. bu kimi ibadət əməllərindən ibarətdir.
2. Ümümi mənada olan ibadət ki, Allah-təalaya itaət qəsdilə görülən hər bir işə şamil olur. Bu təriflə hətta yemək, oturmaq, durmaq, söhbət etmək və s. işlər Allaha itaət qəsdi ilə görülərsə ibadət sayılırlar. Belə olan surətdə, insan ömrünün düzgün yolda sərf edilməsi, qiymətli ömür sərmayəsinin düzgün istifadəsi üçün, insan səy etməlidir ki, ömrün hər saatını, bəlkə də hər anını mümkün qədər Allaha ibadət yolunda– istər xas mənada, istərsə də ümumi mənada – sərf etsin. Allahın razılığını qazanmaq məqsədi ilə görülən bütün işlər ibadətdir. Mütaliəyə məşğul olan müəllimin məqsədi pul qazanmaqdırsa, bu mütaliə ibadət deyil. Amma bu müəllimin Allaha xatir mütaliə etdiyini düşünüb ona həvəslə xörək hazırlayan aşpaz ibadətlə məşğuldur.Mütaliəyə edən müəllim əgər pulu özü üçün hədəf yox vəsilə bilsə mütaliəsi ibadət olar özüdə qiymətli ibadət. Peyğəmbər(s) buyurmuşdur: “Həqiqətən, əməllər niyyətə bağlıdır. Hər bir şəxs nəyi niyyət edibsə, elə ona da yetişər. Dördüncü imam həzrəti Əli ibn Hüseyn(ə) buyurur: “Heç bir əməl niyyətsiz qəbul olunmur.”
Haqq yolda sizə müvəffəqiyyət diləyirik.
1)Mene zehmet olmasa Quds gunu ve Vehdet heftesi haqqinda melumat verin. 2)Qeybet haqqinda melumatlandirin.Hansi olar hansi olmaz. 3)Sheyx Yusif Qerdavinin kimliyi haqqinda melumat verin.
Cavab: Salam olsun haqq yolda olanlara!
1. Sünnilərin nəqlinə görə,12 rəbiüləvvəl İslam Peyğəmbəri Həzrət Rəsul Əkrəm(sə)ın səadətli viladətinin ildönümü və müsəlmanların Vəhdət həftəsi başlayan gündür. Sünnilər rəbiüləvvəlin 12-si Həzrət Rəsul Əkrəm(sə)ın səadətli viladətinin ildönümü günü bildirilər. Lakin şiələrə gəlincə o Həzrət rəbiüləvvəlin 17 sində dünyaya göz açıblar. İİR-nin banısı İmam Xomeyni(rə) bu iki tarixi arasındakı fasiləni müsəlmanların vəhdət həftəsi təyin ediblər. Vəhdət həftəsində İranda və digər İslam ölkələrində müxtəlif şənlik mərasimləri keçirilir.
İlk dəfə 1982-ci ildə İran islam inqilabının lideri ayətullah Xomeyninin təşəbbüsü ilə Fələstinin azadlığına dəstək üçün keçirilib. O vaxtdan İranda, Livanda və bəzi başqa müsəlman ölkələrində hər il Ramazan ayının sonuncu cümə günü bu cür tədbirlər keçirilir. Son illər “Qüds günü” Azərbaycanda və İraqda şiələr yaşayan bölgələridə də qeyd olunur.
2. Bu məqaləyə müraciət edin. http://www.islamquest.net/az/archive/question/fa756
3. Bu məqaləyə müraciət edin. http://minber.az/yusif-%C9%99l-q%C9%99rdavi
Haqq yolda sizə müvəffəqiyyət diləyirik.
haqyolu.com


more post like this