Cavab: Salam olsun haqq yolda olanlara!
Hz. Əlinin (ə) qızı Ümmi Gülsümin Ömərlə evlənməsi barədə hədislər var, əlbətdə bu barədə müxtəlif nəzərlər var bəzi alimlər bunu inkar edirlə. Sünnilər bunu Ömərə fəzilət sayırlar. İmam Əli (ə) ilə onun dostluğu kimi cilvələndirirlər. Amma, sünnilərin bu barədə nəql etdikləri hədislər olduqca ziddiyyətlidir. Həm sənəd, həm də mətn baxımından zəifdirlər. Şiə mənbələrinə əsasən isə, İmam Əli (ə) bu işə məcbur edilib. İmam Baqir (ə) bu hadisə ilə bağlı buyurub: “Bu bizdən qəsb edilmiş namusdur”.
Haqq yolda sizə müvəffəqiyyət diləyirik.

haqyolu.com


more post like this