Həram pula həccə gedənə Allah Təala buyurar: «Həccin özünə qalsın»

Həcc mövsümü artıq başlamışdır. Dünyanın hər yerindən milyonlarla zəvvar bir vücudi axına birləşərək, Allah Təala ilə beyətlərini təsdiqləmək üçün Məkkeyi-Mükərriməyə, Beytullaha – Allah evinə axışırlar. Vətənimizdən də çoxlu sayda hacı bu mübarək ziyarətdə iştirak edir.

Bütün müsəlman dünyasında, və eləcə də, belə demək olarsa, ənənəvi müsəlman toplumu olmayan ölkələrdə də yaşayan müsəlman icmaları indi yeni bir ab-hava yaşayır. Bir mənəvi yenilənmə yaşanır. Böyük İlahi səfərə yollanmaqla bağlı, mövcudatın mahiyyətinə yeni, təravətli nəzərlə baxmaqla səciyyələnən bir durum nəzəri cəlb edir. Beytullaha tərəf yola düşmüş insanları yola salma, onlardan xəbər tutma, onlarla birgə həyacan keçirmə kimi bir mənəvi ovqatla yaşama var dünyada. Və Uca Allahdan diləyimiz budur ki, həccin həm maariflənmə baxımından, həm həyata keçirilmə baxımından hər bir cəhətinin Həzrət Peyğəmbər (s) və Əhli-beytinə (ə) layiq halda olduğu gün tezliklə yetişsin!

deyerler.org


more post like this