Fəlsəfi terminologiyada əql (şəriət və Quranda deyilən mələk də adlandırmaq olar) elə bir substansiyadır (gövhərdir) ki, həm zatən (özlüyündə) və həm də felən (işdə) mücərrəddir. Yəni, zatən maddi olmayıb, işlərini həyata keçirməkdə bədən kimi maddi alətə ehtiaycı yoxdur. Əlbəttə bu tam mücərrəd varlığı insan nəfsinin qüvvələrindən sayılan təfəkkür qüvvəsi ilə səhv salmaq olamz. Baxmayaraq ki, insanın nəfsi təfəkkür mərhələsində mücərrəd varlıqlarla o cümlədən, əql aləmi ilə əlaqə yaradır və öz istedadına münasib bir şəkildə o aləmdən istifadə edir.
Varlıq aləmində “əqllər aləmi” adlı bir aləm var. Bu aləm, aşağı səviyyəli aləmlərin yaranmasında vasitə rolunu oynayır. Bununla yanaşı ilk yaranan varlıq “ilk əql” və ya “ilk yaranan” vahid və antivahidin vücudu isə nə maddəyə, nə zamana və nə də potensiallığa bağlıdır. Yaratmaqda və təsir qoymaqda Allah-taalanın pak zatından başqa heç bir şeyə möhtac deyil. İlk əqldə, Allah-taalanın bütün kamal sifətləri zühur etmişdir. Bu varlıq, imkan aləmində yaranmışların ən kamilidir və mümkün varlıqların arasında ən kamili, ən şərəflisi, ən qüdrətlisi və ən bəsitidir. Halbuki, Allah-taalaya nisbətdə Ona möhtac, fəqir və tam şəkildə Ona bağlıdır.
Fəlsəfədə səbəb və nəticənin uyğunluğu qanununa əsasən, səbəbiyyət bəhsində qeyd olunur ki, nəticə səbəbin cilvəsi, təzahürü və təcəlla mərhələsidir. Əslində nəticə öz səbəbinin ən aşağı mərhələsidir. Bu qanuna əsasən, səbəb hər nə qədər əşrəf və uca məqamlı olsa, nəticənin də vücudu yüksək məqamlı, şərif və nəticələrin ən üstünü hesab olunacaq. Bu cəhətdən, Allah-taalanın yaratdıqları arasında ilk nəticə və varlıq olan əql, Haqq-taalanın bütün kamillik sifətlərini özündə təzahür etdirir.
İslam Peyğəmbərindən (səlləllahu ələyhi və alihi və səlləm) və məsum İmamlardan (əleyhimussalam) bizə çatan rəvayətlərdə “ilk yaranmış” və ya “ilk məxluq” vaqədə müxtəlif ifadələrlə ad aparılmışdır. Onlardan bəzilərində İslam Peyğəmbərinin (səlləllahu ələyhi və alihi və səlləm) nurunu, Allah-taalanın ilk yaratdığı varlıq kimi açıqlamışlar.


more post like this