Bismillahir Rəhmanir Rəhim.Huvəllahulləzi la ilahə illa hu – o ele Allahdır ki,ondan başqa heç bir ibadət ediləcək ilah yoxdur.

1. Allah – Cənabi haqqın özəl adıdır.

– Gündə min dəfə “Ya Allah” deyən övliyalar sırasına daxil olar.

– Cümə günləri yüz dəfə “Ya Allah” deyən muradına çatar.

– Əcəli çatmamış xəstəyə iki yüz dəfə “Ya Allah” oxunsa şəfa tapar.

2. Rəhman – dünyada hamıya rəhm edən,acıyan.

– Gündə yüz dəfə “Ya Rəhman” deyən mərhəmətli bir insan olar.

– 298 dəfə “Ya Rəhman” yazıb bir kağıza yanında saxlasa bütün bəla və xəstəliklərdən uzaq olar.

– Bir kağıza zəfəranla ayrıca “Ya Rəhman” yazılıb evdə asılsa, o evin sahibi gözəl əxlaq içində yaşayar.

3. Rəhim – axirətdə möminlərə rəhmət edən.

– Gündə 258 dəfə “Ya Rəhim” zikr eləsə, bütün təhlükələrdən uzaq olar.

– “Ya Rəhim” bir kağıza yazılıb ağacın dibinə basdırılsa, o ağacın meyvəsi bol olar.

4. Məlik – mülkü davamlı olan.

– Vaxtaşırı “Ya Məlik” zikr etsə, dünya və axirət nemətlərinə nail olar.

– Sıxıntı vaxtı 100 dəfə “Ya Məlik” zikr etsə, sıxıntıdan çıxar.

5. Quddus – hər eyib və qüsurlardan uzaq

– Hər gün 174 dəfə “Ya Quddus” zikr etsə, gözəl əxlaqlı olar, mələklər kimi olar.

6. Səlam – Salamatlıq verən.

– Əcəli çatmamış xəstəyə 160 dəfə “Ya Səlam” zikr edilsə şəfa tapar.

– Çox-çox zikr edilsə, dünya və axirətdə salamat olar.

7. Mumin – əmin-amanlıq verən.

– Hər gün 136 dəfə “Ya Muminu” zikr edən, özünü, mülkünü, ailəsini əmniyyət altına almış olar.

8. Muheymin – həmişəlik hamıya hidayət edən.

– Kim 135 dəfə tam bir təmizliklə “Ya Muheyminu” zikr etsə, dərəcəsi yüksəlib muradına çatar.

– Çox-çox zikr edənin izzət və şərəfi, zəka və anlayışı çox olar.

9. Əziz – məğlubiyyət bilməyən, güclü və tək qalib.

– 40 gün sübh namazından sonra 40 dəfə “Ya Əziz” zikr edən biehtiyac olar, şərəfli, qüvvət və mətanətli olar.

10. Cəbbar – hər yerə hökm edən.

– Hər gün 21 dəfə “Ya Cəbbar” zikr etsə, bütün müsibətlərdən qorunar.

– 211 dəfə oxuyan muradına çatar və zalımın zülmündən xilas olar.

11. Mutəkəbbir – yaratdıqlarının ən gözəl vəsflərindən uca.

– Zifaf və cimadan əvvəl 10 dəfə “Ya Mutəkəbbir” oxusa, çox xeyirli övladı olar və bərəkət içində yaşayar.

Mənbə: QURAN ilahi möcüzədir kitabı.

 

 

 

 

 

 

Qadinlar.biz

 

 

 

 

 

 

 

 


more post like this