973. Bismillahir rəhmanir rəhim

Quran

«O məktub Süleymanın tərəfindəndir və bağışlayan, mehriban Allahın adı ilə başlayır.»[1]

Hədis:

3131. Allahın Peyğəmbəri (s):«Bismillahir rəhmanir rəhim hər bir yazının başlığıdır.»[2]

3132. Allahın Peyğəmbəri (s):«Bismillahir rəhmanir rəhimlə başlanmayan hər mühüm işin axırı yoxdur.»[3]

3133. İmam Sadiq (ə):«Bismillahir rəhmanir rəhim deməyi tərk etmə, hətta ondan sonra şe’r gəlsə də.»[4]

3134. İmam Sadiq (ə):«Bə‘zən bizim şiələrdən biri öz işini Bismillahir rəhmanir rəhimlə başlamır, buna görə də Allah-taala onu çətinliklərə və xoşagəlməz vəziyyətlərə düçar edir ki, ona Allaha şükrü və sitayiş etməyi başa salsın.»[5]

 

974. Allahın İsmi Əzəmi

3135. İmam Baqir (ə):«Allahın İsmi Əzəmi yetmiş üç hərfdir, Asəf (Bərxiya) onun bir hərfini bilirdi. Asəf o hərfi dilinə gətirdi, onunla İbilqeysin taxtı arasında nə var idisə hamısı yerin bətininə batdı və Asəf əlini uzadıb, taxtı götürdü. Sonra yer öz əvvəlki halına qayıtdı və bunların hamısı bir göz qırpımında baş verdi. İsmi Əzəmin yetmiş iki hərfi biz (Əhli-Beytin) yanındadır və bir hərfi Allah təbarəkə-taalanın yanındadır. Onu Özünün qeyb elminə məxsus edibdir.»[6]

Mizanul-hikmətin xülasəsi 1-ci cild

 



[1] Nəml, ayə 30

[2] Kənzul-Ummal,hədis 2490

[3] Kənzul-Ummal, hədis 2491

[4] əl-Kafi, c.2,səh. 672, hədis 1

[5] Nurus-Səqəleyn, c.1,səh.113, səh. 5, hədis 20

[6] Biharul-Ənvar, c.14,hədis 113, hədis 5


more post like this