Allah: Bütün adları özündə birləşdirir.
2.Rəhman: Dünyada əsirgəyici, bütün məxluqatına rəhmətiylə məlum edən.
3.Rəhim: Axirətdə bağişlayicı, sevdiklərinə və möminlərə mərhəmət edən.
4.Məlik: Mülkün sahibi, mülk və səltənəti davamlı olan.
5.Quddus: Hər cürə əksiklik və ayıblardan münəzzəh olan.
6.Salam: Hər çeşit afət və kədərlərdən əmin olan.
7.Momin: Qullarina əhəmiyyət verən.
8.Muhəymin: Hər şeyi göz edib qoruyan.
9.Əziz: İzzət sahibi, məğlub edilməsi imkansız olan, hər şeyə qalib olan.
10.Cabbar: Əzəmət və qüdrət sahibi, istədiyini mütləq edən,dilədiyinə müqtədir olan.
11.Mutəkəbbir: Ululuq sahibi, hər şeydə və hər hadisədə böyüklüyünü göstərən.
12.Xaliq: Yaradan, yoxdan var edən böyüklükdə tayi olmayan.
13.Bari: Hər şeyin aza və cihazini birbirinə uyğun yaradan.
14.Musavvir: Təsvir edən, hər şeyə bir şəkil və xüsusiyyət verən.
15.Qaffar: Qullarının günahını örtən, məqfirəti çox, günahları bağışlayıcısı.
16.Qəhhar: Hər şeyə, hər istədiyini edəcək surətə, qalib və hakim.
17.Vahhab: Çox ehsan edən, çeşit-çeşit nemətləri daima bağışlayan.
18.Rəzzak: Bütün məxluqatın rizqini verən və ehtiyacını qarşılayan.
19.Fəttah: Hər cürə müşkülləri açan və asanlaştıran, darlıqdan qurtaran.
20.Alim: Hər şeyi ən incə nöqtəsina qədər bilən, elmi əbədi və əzəli olan.
21.Qabiz: Dilədiyinə darliq verən, sıxan, daraldan.
22.Bəsit: Dilədiyinə bollüğ verən, açan, genişlədən.
23.Hafid: Yuxarıdan aşağıya endirən, alçaldan, dərəcələri salan.
24.Rafi: Yuxarı qaldıran, yüksəldən, dərəcələri yüksəldən.
25.Muiz: İzzət verən, əziz qılan.
26.Muzil: Zillətə düşürən, xar və həqir edən.
27.Səmi: Hər şeyi eşidən, qullarinın niyazını qəbul edən.
28.Basir: Hər şeyi görən.
29.Həkim: Hikmət sahibi olan, elədiyi hər işdə hikməti göz edən, hökm edən.
30.Adil: Son dərəcə ədalətli olan.
31.Lətif: Ən incə işlərin bütün incəliklərini bilən, lütf və ehsan sahibi olan.
32.Habir: Hər şeyi iç üzündən,gizli tərəfindən xəbərdar olan.
33.Həlim: Yumşaq davranan, hilmi çox olan.
34.Əzim: Yetərincə əzəmətli olan.
35.Qafur: Çox bağişlayan, maqfirəti çox.
36.Şəkur: Ozünün rizası üçün edilən əməlləri daha ziyadəsi ilə qarşılayan.
37.Aliyy: Çox ulu.
38.Kəbir: Çox böyük.
39.Hafiz: Edilən işləri bütün təfsilatiyla hifzədən, hər şeyi bağişlayan və bəladan qoruyan.
40.Mukit: Bilən, təyin edən. Hər yaradılmışın rizqini verən.
41.Hasib: Hər kəsin həyatı boyunca elədiklərinin hesabını yaxşı bilən.
42.Cəlil: Əzəmət sahibi olan, ululuq sahibi olan.
43.Kərim: Çox ikram edən, kərimi olan.
44.Rakib: Bütün varliqlar və bütün işlər mürəkkəbəsi altında olan.
45.Mucib: Özünə yalvaranlarin istəklərini verən,dualari qəbul edən.
46.Vasi: Lütfü bol olan.
47.Hakim: Əmirləri, kəlami və bütün işləri hikmətli, hikmət sahibi olan.
48.Vədud: Yaxşı qullarını sevən, rizasina endirən və sevilməyə layiq olan.
49.Məcid: Şani, şərəfi çox üstün olan.
50.Bais: Ölüləri dirildən, qəbirlərdən çıxartan.
51.Şəhid: Hər vaxt və hər yerdə hazir və nazir olan.
52.Haqq: Vacibul vücud olan, varliği heç dəyişmədən duran.
53.Vəkil: Təvəkkül sahiblərinin işini düzəldib onlardan daha yaxşi təmin edən.
54.Qəvi: Yetərincə qüvvətli.
55.Mətin: Yetərincə güclü.
56.Vəli: Seçkin qullarının dostu.
57.Həmid: Ancaq özünə həmd edilən, bütün varlığın diliylə deyilən.
58.Muhsin: Namütənahi da olsa, bir-bir hər şeyin sayını bilən.
59.Mubdi: Məxluqati maddəsiz və örnəksiz olaraq başdan yaradan.
60.Muid: Yaradılmışları yox etdikdən sonra təkrar yaradan.
61.Muhyi: Əhya edən, dirildən, can bağışlayan, sağlıq verən.
62.Mumit: Canlı, bir məxluqatın ölumünü yaradan,öldürən.
63.Hayy: Diri, tam və mükəmməl mənasıyla həyat sahibi.
64.Qəyyum: Yaratdıqlarının işini bilən
65.Vacid: İstədiyini, istədiyi vaxtda tapan.
66.Vahid: Tək. Zatında, sifətlərində, adlarında, ortağı və bənzəri olmayan.
67.Səməd: Hər şey Ona möhtac, fəqət O heç bir şeyə möhtac deyil.
68.Qadir: İstədiyini, istədiyi kimi yaratmağa müktədir olan.
69.Muqtədir: Qüvvət və qüdrət sahibləri üzərində dilədiyi kimi təsəvvür edən.
70.Muqaddim: İstədiyini önə gətirən, önə alan.
71.Muahhir: İstədiyini geri qoyan, arxaya buraxan.
72.Əvvəl: Hər şeydən öncə var olan.
73.Ahir: Hər şey həlak olduqdan sonra geri qalan.
74.Zahir: Varliği saysız sübutlarla açıq olan.
75.Batin: Ağılların idrak edəməyəcəyi üzrə əzabi gizli olan.
76.Vali: Bu münəzzam kainati və bütün hadisələri tək başına idarə edən.
77.Mutəali: Ağlın mümkün görduyu hər şeydən, hər haldan uca olan.
78.Bərr: Qullarına yaxşılıqı və ehsanı, nemətləri bol olan.
79.Təvvab: Tövbələri qəbul edib günahları bağişlayan.
80.Muntəqim: Günahkarlara, ədalətiylə, müstəhəq olduqları cəzanı verən.
81.Əfuv: Bağışlayan, maqfirət edən.
82.Rauf: Mərhəmət edici, şəfqətli.
83.Malikul Mulk: Mülkün əbədi əzəli sahibi.
84.Zulcəlal-i Vəl-İkram: Həm əzəmət sahibi, həm artıq kərəm sahibi.
85.Muqsit: Hökmündə ədalətli olan.
86.Cami: İstədiyini istədiyi zaman istədiyi yerdə toplayan.
87.Qani: Çox zəngin, heç bir şeyə möhtaci olmayan.
88.Muğni: Dilədiyinə zənginlik verən müstəqini qılan.
89.Məcid: Qədri və Şani böyük, kərəm və müsəmməhasi bol.
90.Mani: Bəzi şeylərin meydana gəlməsinə icazə verməyən.
91.Nur: Aləmləri nurlandiran, dilədiyini nur edən, nur olan.
92.Hadi: Hidayətə qovuşduran, qulunu xeyirlə müvafiq qilan.
93.Bədi: Nümunəsiz, misalsiz, əcayib və heyrət verici aləmlər yaradan.
94.Baqi: Varlığının sonu tapılmayan, əbədi olan.
95.Varis: Varlığı davam edən, sərvətlərin həqiqi sahibi.
96.Rəşid: Bütün aləmləri doğru bir nizam və hikmətlə aqibətinə çatdıan.
97.Səbir: Çox səbirli olan, üsyankarlardan təcili intiqam almayan.
98.Dar: Zərər verəcək şeyləri yaradan, xüsrana uğradan.
99.Nafi: Xeyir və mənfəət verəcək şeyləri yaradan, faydalandıran
De: “İstər Allah deyib çağırın, istərsə də Mərhəmətli deyib çağırın. Necə çağırsanız da, hər halda ən gözəl adlar Ona məxsusdur”. (İsra surəsi,110)


more post like this