Cavab: Əbu Həmzə Somali imam Baqir (əleyhissalam)-dan nəql edir ki, Allah Öz Peyğəmbərinə (s.ə.v.v) belə vəhy etdi: Öz məscidini pakla və gecələr məsciddə yatanları məsciddən çıxart, göstəriş ver ki, Əli və Fatimənin evindən başqa qapıları məscidə açılanların hamısının evinin qapısı bağlansın. Cənabətli şəxs heç vaxt məscidə daxil olmasın, qərib şəxslər də məsciddə yatmasınlar.
Sonra Həzrəti Peyğəmbər göstəriş verdi ki, Əli və Fatimənin evindən başqa qapıları məscidə açılan bütün evlərin qapıları bağlansın. Amma onların (Əli və Fatiməni) evi əvvəlki vəziyyətində qalacaq.


more post like this