Cavab: Xəlifə Məmun öz məmurlarına göstəriş vermişdi ki, İmamı elə yerlərlə, şəhərlərlə Xorasana çatdırsınlar ki, onun əzəməti, böyüklüyü nəzərə çarpmasın. Nişapura çatanda bütün camaat, hətta sünnü alimləri də İmamı iftixarla qarşıladılar və Peyğəmbərdən bir hədis danışmağı ondan xahiş etdilər. İmam sözə başlayan kimi səsli-küylə izdiham sakit olub, ona qulaq asdılar. 24 min nəfər onun dediklərini yazmaq üçün əllərinə qələm götümüşdü. İmam sözünə belə başladı: “Allah-taala buyurur ki, “La ilahə illəllah” kəlməsi Mənim alınmaz və möhkəm bir qalamdır. Hər kim bu qalaya daxil olsa əzablarımdan özünü qorumuş olar.” Bu sözləri deyəndən sonra İmam Riza (əleyhissalam) bir an dayandı. Camaat da onun sözünün davamını sakitcə gözləyirdilər. Sonra İmam sözünü belə davam etdi: “Bunun da şərtləri var. Bu şərtlərdən biri də mənəm.”
Yəni İmam Riza (əleyhissalam) xalqa çatdırmaq istəyirdi ki, bizi sevmək, bizə məhəbbət göstərmək, bizim vilayətimizi qəbul edib əmrlərimizə itaət etmək tövhidin şərtlərindən biridir.

NUR-AZ.COM


more post like this