Peyğəmbər Musa əleyhissəlam Allaha dağdakı söhbətlərinin birində xahiş edir ki, Allah ona öz haqq və ədalətini göstərsin. Qadir Allah deyir: “Ey Musa hətta sənin kimi cəsur və ciddi adam da gördüklərinə dözməyə bilər. Musa peyğəmbər deyir: “Sənin köməkliyinlə bacararam”. Allah buyurur: “Elə isə, filan bulağın yanında gizlənib mənim qüdrətimin və ədalətimin şahidi ola bilərsən”. Musa əleyhissəlam həmin yerə gedərək gizlənir. Birdən bir atlı peyda olur. O, atdan düşərək bulaq suyundan içib dəstəmaz alır və daha sonra içində 1000 dinar olan pul kisəsini kəmərindən açaraq yanında qoyur ki, namaz qılsın. Lakin o, namaz qıldıqdan sonra pul kisəsini unudaraq yoluna davam edir. Bundan sonra bura su içməyə gələn bir oğlan uşağı pul kisəsini götürüb gedir. Bir qədər keçdikdən sonra isə bulağa su içməyə bir kor kişi gəlir. Susuzluğunu yatırdıqdan sonra o, dəstəmaz alaraq ibadətə başlayır. Birdən atlı geri qayıdır və kor qocaya deyir: “Bir qədər öncə mən burada içində 1000 qızıl dinar olan pul kisəsini unutmuşam. Səndən başqa, bura heç kəs gəlməyib”. Qoca cavab verir: “Mən koram, sənin pul kisəni necə görə bilərdim?”. Qocanın sözlərinə inanmayan atlı bərk əsəsbləşərək qılıncı ilə onu öldürür. Lakin onun üzərindən pul kisəsini tapmayaraq gəldiyi yerə qayıdır.

Bütün bunları müşahidə edən Musa əleyhissəlam deyir: “Ay Allah, mənim bütün bunlara dözməyə səbrim çatmır. Sən aqil və ədalətlisən, bu baş verənləri mənə izah et”. Bu an göydən yerə enən Cəbrail (ona salam olsun) ona deyir: “Qüdrəti göylərə ucalan Allah sənə deyir: “Mən bütün olanların yaradıcısı, sənə gizlin olanların bilicisiyəm! Pulu götürüb gedən o uşağın atası həmin atlının işçisi olub, lakin o atlı ona halal qazandığı pulu verməmişdi. Uşağın da atası əməyinin qarşılığını almadan ölüb. Kisədə ona çatacaq miqdarda pul var idi. İndi o pul onun övladına qismət oldu. O kişi isə kor olmazdan əvvəl atlının atasını öldürüb. İndi isə o atlı atasının qisasını aldı. Və kor kişi də öz cəzasını çəkdi. Göründüyü kimi, bizim haqq və ədalətimiz çox dəqiqdir”. Gördüklərindən heyrətə gəlmiş Musa Allahından əfv diləyir.

http://canderyasi.com


more post like this