1416. Cünahların bağışlanmasını diləmək.

Quran:

«Bir günah iş gördükləri, yaxud zülm etdikləri zaman Allahı yada salıb günahlarının bağışlanmasını diləyənlər….»[1]

«Hər kəs pis iş gördükdən və ya özünə zülm etdikdən sonra Allahdan bağışlanmağını dilərsə, Allahın bağışlayan və mərhəmətli olduğunu görər»[2].

Hədis:

4813. Loğman (ə) (Öz övladına tövsiyyəsi):–«Övladım! Məbada, xoruz səndən zirək olsun və sən yuxuda olarkən səhər erkən oyansın və bağışlanmasını diləsin!»[3]

4814. Allahın Peyğəmbəri (s): «Ən yaxşı dua günahlarının bağışlanmasını diləməkdir.»[4]

4815. Allahın Peyğəmbəri (s): «Ən yaxşı ibadət istiğfar (günahlarının bağışlanmasını istəmək) etməkdir.»[5]

4816. Allahın Peyğəmbəri (s): «Çox istiğfar edin. Çünki Allah istiğfarı sizə yalnız ona görə öyrətmişdir ki, günahlarınızı bağışlasın.»[6]

4817. İmam Əli (ə): «Günahlarının bağışlanmasını istəyən və bununla belə naümid olana heyrət edirəm.»[7]

4818. İmam Əli (ə): «Günahlarının bağışlanmasını diləməklə özünüzü ətirləndirin ki, günahlarınızın iyi sizi rüsvay etməsin.»[8]

4819. İmam Əli (ə): «Hər kəsə günahlarının bağışlanmasını diləmək (neməti) verilibsə, əfvdən məhrum qalmaz.»[9]

 

4820. İmam Sadiq (ə): «Bəndə günah iş görəndə, səhər tezdən gecəyə qədər ona möhlət veririk. Əgər günahlarının bağışlanmasını diləsə, o günah yazılmır.»[10]

 

1417. Əfv diləmək və ruzinin artması.

Quran:

«Və Rəbbinizdən bağışlanmağınızı diləyəsiniz. Sonra Ona tövbə edin ki, müəyyən edilmiş müddətdə sizə yaxşı ruzi versin və öz fəzlindən hər bir əməl sahibinə mükafatını ehsan buyursun.»[11]

«Ey camaatım! Rəbbinizdən bağışlanmanızı diləyin. Sonra Ona tövbə edin ki, göydən sizə bol yağış göndərsin, qüvvətinizin üstünə bir qüvvə də artırsın. Günahkarlar kimi üz döndərməyin.»[12]

Hədis:

4821. Allahın Peyğəmbəri (s): «Hər kim çox bağışlamaq dilərsə, Allah onun hər qəmi üçün bir fərəc, çətinliyi üçün bir çıxış yolu qoyar.»[13]

4822. İmam Əli (ə): «Tövbə etmək ruzini artırar.»[14]

4823. İmam Əli (ə): «Tövbə edin ki, ruzi verilsin.»[15]

 

1418. Allaha yaxın insanların bağışlanmaq diləmələri.

4824. Allahın Peyğəmbəri (s): «Bəzən qəlbimi qubar bürüyür və mən bir gündə yetmiş dəfə Allah dərgahından bağışlanmağımı diləyirəm.»[16]

 

1419. Günah işləri davam etdirməklə əfv diləməkdən çəkinmək.

4825. İmam Əli (ə): «Günah işləri davam etdirə-etdirə əfv diləməyin özü, yeni günahdır.»[17]

4826. İmam Rza (ə): «Kim Allahdan bağışlamaq dilərsə və yenə də günah iş görərsə, Allahına rişxənd edən kimidir.»[18]

4827. İmam Rza (ə): «Kim dili ilə bağışlanmaq diləyib ürəyində (öz günahından) peşman olmasa, özünə rişxənd etmişdir.»[19]

Mizanulhikmətin xülasəsi kitabı – I I cild



[1] Ali-İmran, ayə 135

[2] Nisa, ayə 110

[3] Mustədrəkul-Vəsail, c. 12, səh.146, hədis 13744.

[4] əl-Kafi, c. 2, səh.504, hədis 1

[5] Nurus-Səqəleyn, c. 5, səh. 38, hədis 44.

[6] Tənbihul-Xəvatir, c.1, səh.5

[7] Nəhcül-Bəlağə, hikmət 87

[8] Biharul-Ənvar, c. 93, səh.278, hədis  7

[9] Nəhcül-Bəlağə, hikmət 135

[10] əl-Kafi, c.2, səh.437, hədis 1

[11] «Hud» surəsi, ayə 3.

[12] «Hud» surəsi, ayə 52.

[13] Nurus-Səqəleyn, c.5, səh.357, hədis 45

[14] Biharul-Ənvar, c.93, səh.277, , hədis 4

[15] Mostədəkul-Vəsael, c.12, səh.122, hədis1386

[16] Mostədəkul-Vəsael, c.12, səh.122, hədis5987

[17] Tuhəful-Uqul, səh.223

[18] əl-Kafi, c.2, səh.504, , hədis 3

[19] Biharul-Ənvar, c.78, səh.356, hədis 11


more post like this