“Allaha inanmayanlar” – bu ifadəni eşidəndə fikrimizə ateistlər gəlir. Biz Allaha necə inanırıq?
Allahın tez buyurduğunun doğrudan da tez olacağına inanmırıq, axirəti uzaq görürük.

“Allaha inanmayanlar” – bu ifadəni eşidəndə fikrimizə ateistlər gəlir. Biz Allaha necə inanırıq?

Allah-Taala hər dəfə sözlərinin sonunda buyurur: “Allah doğru deyir” (sədəqəllah). Biz ki, Allahın doğru danışdığına, yalana ehtiyacı olmadığına şübhə etmirik. Bəs nə üçün hər dəfə Quran oxuduqdan sonra “Allah doğru deyir” (sədəqəllah) deməyimizi istəyir? Yəni biz Allaha inanmırıq? O bizi inandırmaq üçün təkrar-təkrar doğru danışdığını yada salır?

Bir misal çəkim: Oturmusan, qarşındakı tanış sənə “arxandan ilan yaxınlaşır” deyir. Şübhəsiz, özünü ilandan qurtarmaq üçün dərhal yerindən qalxacaqsan. Oturmuşuq, Allah buyurur: Qiyamət sizə yaxınlaşır. (“Ənbiya”,1)

Şübhəsiz qiyamət ilandan daha qorxuludur. Buna baxmayaraq biz yerimizdən tərpənmirik. Heç bir reaksiya göstərmirik. Demək, Allaha inanmırıq.

Biz hər şeyin ən gözəlini istəyirik. Allah buyurur ki, tezliklə sənə verəcəyəm. (bax: “Zuha”) Biz isə yenə də inanmırıq, Allahın tez buyurduğunun doğrudan da tez olacağına inanmırıq, axirəti uzaq görürük. Odur ki, hökmən dünya qazanmağa çalışırıq. Allah buyurur: Tezliklə razı qalacağın qədər verəcəyəm… Əgər inansaydıq artıq nigaran olmazdıq. Sabah hər şeyin ən gözəlinə sahib olacağına inanan şəxs gecəni ac yatsa da, bu onu qüssələndirməz.

Allaha inanmırıq! Elə buna görə də Allah hər dəfə bizə doğru danışdığını deyir: “Sədəqəllah!” – bəlkə inanaq!


more post like this