Bu iman və etiqad nə sinfi təzadların məhsulu, nə zalım və istismarçıların əllərində kimlərisə istismar etmək üçün bir vasitə və nə də istismar olunanların asayişə çatıb rahat nəfəs almaları üçün özlərindən yaratdıqları bir şey deyil. Çünki, bu inam, qeyd olunan sinfi təzadlardan və keşmə-keşlərdən çox-çox qabaq bəşəriyyət tarixində mövcud olmuşdur.

İnsanlardakı bu iman təbii fəlakətlər qarşısında yaranan qorxunun da nəticəsi ola bilməzdi. əks halda (yəni iman qorxu hissindən doğan bir şey olsaydı), onda tarix boyu ən dindar şəxslər təbii hadisələr qarşısında ən qorxaq, ən dözümsüz və aciz şəxslər olmalı idi. Halbuki, tarix din başçılarının əsrlər boyu qorxmaz və hamıdan şücaətli insanlar olduğuna şahiddir.

Deməli, belə bir qənaətə gəlmək olar ki, imanın mənşəyi insanın öz Xaliqinə olan batini cazibəsindən və dərin köklərə malik olan şüurundan irəli gəlir. O, bunun vasitəsi ilə Rəbbinə olan qırılmaz bağlılığı öz fitrəti ilə dərk edir.

Zamanın keçməsi ilə insan fəlsəfə ilə tanış olduqdan sonra ətrafındakı əşyalardan ümumi məfhum və anlayışlar çıxartmışdır. Məsələn, varlıq və yoxluq, vücub (varlığın zəruriliyi,) imtina (yoxluğun zəruriliyi), mümkünlük (varlıq və yoxluğun heç birinin zəruri olmaması), vəhdət (təklik) və kəsrət (çoxluq), mürəkkəb və sadə, külli və cüzi, müqəddəm (ilkin) və müəxxər (sonradan gələn), səbəb və nəticə və s. kimi. O, əksər hallarda bu anlayışlardan istifadə etməyə çalışmış və daha sonra onlardan Allaha olan imanını möhkəmlətmək üçün dəlil-sübut kimi işlətmişdir. Yəni öz inancının səbəbini fəlsəfə qalibində açıqlayaraq bəyan etmişdir.

http://sayt.ws/eshqem


more post like this